XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 09:38

İsrail istəyinə nail olur: İŞİD-Hizbullah müharibəsi başladı

“İŞİD-in Baalbək bölgəsindəki mövqelərimizə hücumu, faktiki olaraq, onunla müharibənin başlanması deməkdir. Cəsur Hizbullah əsgərləri onlarla İŞİD döyüşçüsünü öldürmüş, onlarlasını isə yaralamışdır”.

Bunu Livan Hizbullahının sədri Həsən Nəsrullah mətbuat açıqlamasında bildirib. Onun sözlərinə görə, Hizbullah yalnız İŞİD-ə qarşı deyil, həm də Nusra Cəbhəsinə qarşı döyüşür və bu qüvvə üzərində də ciddi nailiyyətlər əldə edib. Hizbullah lideri Livan sərhədlərində İŞİD təhlükəsi yox olana qədər savaşacaqlarını da fikirlərinə əlavə edib.

Xarici mətbuat da həftənin çərşənbə axşamı günü başalayan döyüşlərin Hizbullahın üstünlüyü ilə keçdiyini təsdiqləyib. “Daily Star”-ın məlumatına görə, ilk gün döyüşlərdə Hizbullah 8, İŞİD isə 48 silahlısını itirib.

Həsən Nəsrullah İŞİD-lə Hizbullah arasındakı müharibənin indi başladığını elan etsə də, əslində bu iki qüvvə arasında çoxdan bəri döyüşlər gedir. Hələ 2013-cü ilin may ayında Suriyanın strateji bölgələrindən sayılan Qüseyri Əsədə qarşı qüvvələrdən təmizləyən Hizbullahın bu məntəqədə xeyli qan tökdüyü bilinir. Şahidlərin bildirdiyinə görə, Qüseyr uğrunda mübarizədə yüzlərlə sivil insan ölmüş, şəhər darmadağın dağılmışdı. O zaman belə Qüseyrdəki mübaribələrinin Azad Suriya Ordusuna qarşı yönəlmədiyini, ümumiyyətlə, özlərinin sekyular qüvvələrə qarşı vuruşmadığını bildirən Hizbullah əsas hədəflərinin təkfirçi ünsürlər olduğunu açıqlamışdı.

Körfəz ölkələrinin və Səudiyyə Ərəbistanının ciddi dəstəyiylə ayaqda duran və hərbi qüdrətini artıran İŞİD-in Livan sərhədlərinə qədər irəliləməsi Hizbullahın mövcudluğunu təhdid edəcək səviyyəyə qədər böyüdüyünü göstərir. Bununla belə, Hizbullahın Livan sərhədlərində daha uğurlu hərbi əməliyyat aparmaq qabiliyyəti var. 2006-cı ildə Hizbullahın İsrailə qarşı apardığı 33 günlük müharibədə nailiyyət qazanması onun düşünüldüyü qədər tez sınan qoz olmadığını göstərir. Hizbullahın bu uğuru bölgənin relyefi və Nəsrullahın ordusunun bu relyefə uyğun döyüş bacarığı əldə etməsiylə izah olunur.

Əslində 33 gün savaşından sonra Yaxın Şərqin qan gölünə çevrilməsinin ən önəmli səbəblərindən birinin yeni yaranmaqda olan islamçı qüvvələrin getdikcə yəhidi milli iradəsini təhdid etməsindən və ya ən azı, İsrailin bu müharibədən belə nəticə çıxarmasından doğduğu ehtimal olunur. Belə ki, Hizbullahın 2006-cı ildə başlatdığı həmin müharibə sünni fələstinlilərə verilmiş dəstək kimi xarakterizə olunurdu. Bu da İslam dünyasında məzhəblərarası birlik düşüncəsini möhkəmləndirir, Hizbullahı və dolayısıyla onun bağlı olduğu İranı bir lider kimi ortaya çıxarırdı. İran himayəsi altında bölgədə xeyli nüfuz qazanan Hizbullah şiəçiliyi İsrail qədər, ona qarşı vuruşmaq istəməyən digər ərəb dövlətlərini də narahat edirdi. 2006-ci ildə başalayan İsrail-Livan münaqişəsinin davam etməsnini bölgə xalqlarının təzyiqiylə sünnü dövlətləri də sionizmə qarşı mübarizəyə təşviq edəcəyindən ehtiyatlanan İsrail asanlıqla qələbə qazanacağını düşünərək girdiyi müharibədən geri çəkilmiş və Hizbullahın savaşdan əvvəl irəli sürdüyü bütün şərtlərini, demək olar ki, qəbul etmək məcburiyyətində qalmışdı.

Elə həmin ilin oktyabr ayında ilk dəfə İraqda ortaya çıxan İŞİD-in 5 ildən sonra Suriyada başlayan qarışıqlıqlar nəticəsində bu bölgəyə yayılması da təsadüfi deyil. İndi həmin proses Livan sərhədlərinə qədər irəliləyib. Bu müharibədən isə qalib çıxacaq yeganə qüvvə İsraildir. Yəqin ki, getdikcə güclənən müharibələr nəticəsində İsrail sərhədləri anti-yəhudi qüvvələrdən təmizlənəcək və islam dünyası bir də təhdid meydana gətirməsin deyə, məzhəb müharibələri Yaxın Şərqin mərkəzində davam edəcək.

Heydər Oğuz

Strateq.az