Gənc şair Şəhriyar Del Geraninin yaşadığı mənzili yarıblar.
Bu barədə şair sosial şəbəkədə yazıb.
O, evə girən oğruların yalnız kompüteri apardığını bildirib:
“Pəncərənin "raşotka"sını divardan ayırıb giriblər evə. Evi "şumon" ediblər, amma, heç nəyi aparmayıblar, bircə kompüterimi götürüblər.
Düzü, elə aparılası qiymətli əşyalarım – filan da yoxdur. Qol saatlarım, gitara, bir neçə suvenirlər… Guya kompüterin nə qiyməti var? 150-200 manata sata-satmaya. Amma, onun içində nə qədər mətnlər, qeydlər, çap olunmamış şeirlər, hekayələr vardı. O nadan nə bilsin mənə hansı ağır, hansı sarsıdıcı zərbəni vurub? Heç bilmirəm ərazi polisi tapacaqmı, tapmayacaqmı? Tapılsa belə o kompüter salamat olacaqmı, olmayacaqmı? Elə indicə ərazi polisləri gəlib ilkin baxış keçirdilər. Sabah görək nə olur”.
AzNews.az