XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 21:04

Erməni şərhçidən sensasion iddia: “Sentyabradək Qarabağın bir hissəsi qaytarıla bilər”
“Prezident İlham Əliyevlə Serj Sarkisyan arasında sentyabrda nəzərdə tutulan görüşə qədər Ermənistan işğal edilmiş Qarabağ ərazilərinin bir hissəsini Azərbaycana qaytara bilər”.
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bunu erməni şərhçi Naira Hayrumyan görüşlə bağlı bu gün dərc edilmiş məqaləsində bildirib.
“İrəvan Moskvadan müəyyən zəmanətlər aldıqdan sonra bu addımı ata bilər. Rusiya Ermənistan və Azərbaycanla öz şərtləri əsasında müqavilə bağlamaq istəyir. Moskva Qarabağın bir hissəsini Azərbaycana qaytarmaqla Ermənistanla Rusiya arasında kommunikasiyaların açılmasına nail ola bilər. Ermənistan bununla Avrasiya məkanının bir hissəsinə çevrilə bilər.
Rusiya isə “zəmanət” kimi zonaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarını regiona yerləşdirə bilər“,- deyə Naira Hayrumyan vurğulayıb.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin erməni prezident Serj Sarkisyanla görüşünə toxunan Naira Hayrumyan bununla da Qərbin regiona təsirinin sıfıra enəcəyini bildirib: “Ermənistan həmişə Qərbin Rusiya zəmanətlərinə inamı ilə nümunə göstərib. Qərb tam əmindir ki, Ermənistan əraziləri verməyə razılaşacaq və Qərbin zəmanətlərini qəbul edəcək. Əgər qəbul edəcəksə, Qərbin Ermənistan və Azərbaycana deyəcəyi sözü qalmayacaq. Ermənistan tamamilə Putinin sovet qucağına qayıdacaq”.