XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 09:12

Bilderberq klubunun müəmması – Təhlil

Dünyanı idarə edən gizli qurumlar haqda zaman-zaman KİV-də yazılara rast gəlinir. Masonlar, illüminatlar, tampliyerlər, 300-lər komitəsi, xarici iqtisadi əlaqələr şurası və s. Mətbuatın versiyasına görə, dünya siyasəti və iqtisadiyyatını əsasən bu və adını çəkmədiyimiz digər qurumlar yönəldir. Məsələn, bir versiyaya görə, Paskistan prezidenti Ziyaül-Həqqin qətlini 300-lər komitəsi təşkil edib. Və yaxud bildirilir ki, sözügedən təşkilatlar onların işinə yaramayan milli hökumətləri asanlıqla devirə bilir.

Aşağıda oxuyacağınız yazı həmin qurumlardan biri – Bilderberq komissiyası haqdadır…

Əvvəllər bu klubun varlığı haqqında heç nə məlum deyildi

Bilderberq klubu müəmmanın həmişə şübhə doğurduğuna gözəl nümunədir. Bu səbəbə görə onu buraxmaq lazımdırmı? Xeyr. Lakin başqa bir istiqamətə daha diqqətlə baxsaq, ona tamamilə etinasız yanaşa bilərik.

120-dən 150-yə qədər fəaliyyət göstərən və keçmiş dövlət başçıları, diplomatlar, şirkət rəhbərləri, zadəganlar, hərbçi və jurnalistlər hər il polisin gücləndirilmiş mühafizəsi altında mümkün qədər gizli saxlanan məxfi, hansısa uzaq bir yerdə toplanırlar. Bu adamlar dünyanın böyük problemlərini müzakirə etmək üçün görüşür, eyni zamanda bunu öz görüşləri barədə ictimai açıqlama verməyin zəruriliyi ilə bağlı hər hansı bir sıxıntısız edirlər.

Bilderberq klubunun toplantısı hansısa qədim və başqa bir zəmanənin qalığı kimi qəbul edilir. O zəmanənin ki, hansısa klubun üzvləri süfrədən sonra dəri kreslolarda əyləşib, viski içib siqar çəkərək dalda otaqda öz planlarını müzakirə edir, görüşlər haqda vədələşir və bazarları aralarında bölürdülər. Bu gün dörd iştirakçı kişi cinsinə bir qadın iştirakçı düşsə də, oxşar duyumlar hələ də qalmaqdadır.

Reptiloidlərin görüşü

On illər ərzində ümumən bu klubun varlığı haqqında, demək olar ki, heç nə məlum deyildi (onun ilk toplantısı 1954-cu ildə olub). Yalnız bu yaxınlarda təşkilatın özəl veb-saytı meydana çıxıb. Saytda, ən azı, iştirakçıların sayı, həmçinin dörd gün ərzində müzakirə ediləcəyi güman edilən əsas mövzular dərc edilir. Lakin “çetem” deyilən evin qaydaları (Chatham House Rule), iştrakçılardan kimin və hansı məsələ üzrə çıxış etdiyi qadağan edilir. İştirakçıların təəssüratlarını söyləməkdən imtina etdiyi böyük gizlilik, təhlükəsizliyə sərf edilən çox böyük xərclər – Bildelberq klubunun üzvləri şübhə doğurmaqdan ötrü hər şeyi edirlər. Gizlədiləsi heç nəyi olmayan kəs heç nəyi gizlətməməlidir – bu cür çox sadə bir nəticə çıxartmaq olar.

Bilderberq klubu – sui-qəsd nəzəriyyəsi tərəfdarları üçün sadəcə xülyadır və onun üzvləri baxışından asılı olmayaraq, kürəsəl nasistlər və yaxud maliyyə yəhudiliyi hesab edilir. Bəziləri isə fərz edirlər ki, söhbət, sadəcə, reptiloidlərdən gedir.

(“Reptilodilər” sözü bioloji mənada sürünənləri bildirir, lakin ezoteriklərin leksikonunda Yer kürəsindəki xüsusi və özünü bizlərə nisbətdə üstün hesab edən irqi ifadə edir. Kənardan baxanda reptiloidlərin bədən quruluşu və gövdəsi ilanı və yaxud kərtənkələni xatırladır. Nadir hallarda olsa da, bu cür boy-buxunlu insanlarla rastlaşmaq mümkündür-red).

Təəcüblü deyil ki, çoxları bu cür cəfəng nəzəriyyələri lağa qoyurlar. Axı Bilderberq klubundan başqa bu cür hələ bir sıra görüşlər var, məsələn, təhlükəsizlik üzrə Münhen konfransı, üçtərəfli komissiya, xaric siyasət üzrə şura (Council of Foreign Relations) və yaxud Davos iqtisadi forumu.

Demokratik yolla seçilmiş siyasətçilərin ictimaiyyətdən gizli şəkildə konsern rəhbərləri, mərkəzi bank rəhbərlərinin isə iri investorlarla görüşməsi – bu xüsusda narazılığı haqlı saymaq mümkündür.

Hətta söhbət dərhal böyük dünya sui-qəsdlərindən getməsə də, bununla belə, hər cür pərdəarxası danışıqlar, həmçinin siyasətlə iqtisadiyyatın hədsiz dərəcədə sıx yaxınlığı təşviq edilməməlidir.

Həm də bu cür görüşlərdə müşahidə olunan və cəmiyyət üçün müəyyən dəyər kəsb etməyən fövqəladə təhlükəsizlik tədbirləri vergi ödəyicilərinin hesabına maliyyələşir.

Müstəqil, lakin ağılsız qərar

Vətəndaşların şəffaflıq – məsələn, TTİP azad ticarət zonasının yaradılması üçün danışıq mandatlarının açıqlanması, ən pis antiutopiyaların MTA-nın (ABŞ Milli Təhlükəsizlik Agentliyi – red.) total izləməsi yanında solğun görünməsi – uğrunda getdikcə daha çox mübarizə apardığı bir gündə siyasətçilərin bu cür tədbirlərdən yayınması lazımdır. Əlbəttə, konsern başçıları, keçmiş siyasətçilər və yaxud intellektuallar ağıllarına gələni edə bilərlər. Bilderberq klubunun toplantılarına jurnalistlər də qatılır. Bu il isə dəvət edilənlər içində Almaniyanın iki nüfuzlu nəşriyytaının rəhbərləri də var. Bu da onların azad seçimidir, lakin o qədər də ağıllı iş deyil.

Bilderberq klubunun sirlərini sezmək əvəzinə – onun builki iclası ikincidərəcəli, daha çox köhnədəbli görünür – tamam başqa bir tərəfə diqqət yetirməyimiz gərəkdir. Əslində, ən təhlükəli sövdələşmələr ictimaiyyətin gözləri qabağaında baş verir. Siyasətə təsir etmək üçün lobbiçilərə heç bir konfrans lazım deyil. Onlar birbaşa parlament qapılarının ağzındadırlar. Hər kəsin girə biləcəyi vestibüldə.

Nikolay Kvasnevski

“Der Spiegel” (Almaniya) 11.06.2015