XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 10:20

G7-nin maliyyə nazirləribir araya gəldi

G7 liderlərinin Yaponiyanın İse-Şima rayonunda keçiriləcək görüşü ərəfəsində “Böyük yeddiliyin” maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri Senday şəhərində dünya iqtisadiyyatına həsr olunan müzakirələr aparıblar.

Ümumilikdə iki gün davam edən görüş çərçivəsində iştirakçılar dünya iqtisadiyyatının sağlamlaşdırılması və onun inkişafının təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Bu, mayın sonlarında keçiriləcək sammitin gündəliyinə salınacaq əsas mövzulardan biri olacaq.

Nazirlərin və mərkəzi bank rəhbərlərinin əsasən, dünya iqtisadiyyatına təsir edən mövzuları – Çinin iqtisadi inkişafının ləngiməsi, neftin qiymətinin kəskin azalması və bu problemlərin həlli kimi məsələləri müzakirə etdikləri bildirilir(azərtac).