XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 10:42

Uşaq əməyi ilə bağlı BMT-dən dəhşətli statistika

ushaq_emeyi.jpg

Bu gün ümümdünya Uşaq Əməyi ilə Mübarizə Günü qeyd olunur. Bir neçə gün əvvəl uşaq əməyi ilə bağlı BMT-nin hesabatı nəşr olunub. Hesabatda bildirilir ki, əhalisinin aşağı gəlirləri olan ölkələrdə 15 yaşına qədər uşaqların 20-30 faizi təhsilini yarımçıq qoyaraq işləməyə başlayırlar və onların böyük bir hissəsi istismara məruz qalır. Strateq.az BMT-nin İnformasiya Mərkəzində istinadən xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının yeni hesabatında qeyd olunur ki, hazırda dünyada 168 milyon uşaq açından ölməmək üçün işləməyə məcbur qalıb. Onlardan 120 milyonu 5-14 yaşındadır. 5 milyona yaxın uşaq isə qul əməyinə bərabər şərtlərdə çalışır.

15-17 yaşlarında 47,5 milyon uşaq isə şaxtalarda, sahələrdə həyat üçün təhlükəli olan şəraitdə yaşayır. Uşaqların çox hissəsi ferma və plantasiayalarda istismar olunur.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder qeyd edib ki, uşaq əməyinin istismar olunmasının əsas səbəbi yoxsulluqdur. Onun sözlərinə görə, yoxsul şəraitdə yaşayan ailələrin sosial xidmətlərə çıxışı asanalaşdırılmalıdır. Bu cür sosial müdafiə tədbirləri uşaqların əməyə cəlb olunmasının qarşısını ala bilər.

Strateq.az