XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 11:06

ABŞ-dan yeni ittiham: “Rusiya separatçıları silahlandırır və maliyyələşdirir”

“Rusiya Ukraynanın şərqinə moskvapərəst silahlılara təlim keçir, onları silahlandırır, maliyyələşdirir və onlarla birlikdə vuruşur”.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu ittihamı ABŞ-ın BMT-dəki səfiri Samanta Pover səsləndirib.

O, Kiyevdə çıxışı zamanı deyib ki, Kreml Ukraynanın şərqindəki separatçılara dəstək göstərmədiyini önə sürür, ancaq, bu, belə deyil: “Birləşmiş Ştatlar pozuntulara baxmayaraq, Minsk atəşkəs sazişini dəstəkləyir. Pozuntulara separatçılar yol verir, əvvəllər geri çəkilən ağır silahlar yenidən peyda olub.”

Xatırladaq ki, S.Poverin səfəri ilə eyni vaxtda Ukraynanın şərqində iki əsgər və 3 dinc sakin öldürülüb. ötən ilin aprelindən indiyədək isə 7 minə yaxın adam həlak olub.