XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 12:18

“Azərbaycan güclü əks-hücuma keçəcək və…” – Erməni politoloqdan Qarabağla bağlı sensasion iddia

qarabaq_2.jpg

Ermənistan rəhbərliyinin Rusiyaya qul kimi qulluq etmək siyasəti nəticəsində Qarabağda hər an müharibə baş verə bilər.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Armen Qriqoryan erməni mətbuatına bu gün verdiyi müsahibəsində bildirib.

Onun fikrincə, hazırda elə bir vəziyyət yaranıb ki, Rusiya Qarabağın işğal edilmiş bölgəsinə sülhməramlılar yerləşdirmək istəyə bilər: “Belə olan halda, buna səbəb yaratmaq üçün tammiqyaslı müharibə qaçılmaz olacaq”.

Politoloq dolayısı ilə gözlənilən müharibənin sxemini də cızıb. Yəni Moskvaya qulbeçəlik edən erməni rəhbərliyi qoşunların təmas xəttində gərginlik yaradacaq: “Azərbaycan tərəfi güclü əks-hücuma keçməyə məcbur olacaq. Nəticədə, Ermənistan ordusu xeyli ərazi itirəcək və Rusiyadan yardım istəyəcək. Ermənistan işğalçı ordusunu Dağlıq Qarabağdan geri çəkməyə və regiona sülhməramlıların gəlməsinə razılıq verəcək.

Bu, həm də 1 milyona yaxın azərbaycanlının işğal zonasına geri dönməsinə imkan yaradacaq və müəyyən güzəştlər (Avrasiya İttifaqına daxil olmaq və s.) əvəzində Dağlıq Qarabağın Azərbaycanın tam nəzarətinə verilməsi ilə nəticələnəcək”.