XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 12:34

İqbal Ağazadəyə qarşı “qiyam” – İstefalar başladı

Xəbər verildiyi kimi, dünən Milli Məclisin bir qrup deputatı ölkədə siyasi məhbusların olmadığını bildirən bəyanat yayıb.

Bəyanata “125-lər” Siyasi Klubunun təsisçilərindən və üzvlərindən biri, deputat İqbal Ağazadə də imza atıb. Bu səbəbdən də Klubun sədr müavini, hüquqşünas Xalisə Şahverdi istefa verib.

Strateq.az AzNews.az-a istinadən xəbər verir ki, “125-lər” Siyasi Klubunun sədri İlhamiyyə Rza bu istefa olayına münasibət bildirib. Deyib ki, X.Şahverdinin istefası xoşagələn hal deyil: “Düzünü deyim ki, bunu heç gözləmirdim, çünki Xalidə xanım komandamızın bir parçasıdır, bütün verdiyimiz qərarları birgə formalaşdırmışıq. Onun gedişi bizim üçün itkidir”.

İ.Rza X. Şahverdiyə gələcək işlərində uğurlar arzulayıb: “Bu, seçim məsələsidir. O da öz seçimini edib”.

Xatırladaq ki, Xalisə Şahverdi “125-lər” Siyasi Klubundan istefa verdiyi haqda informasiyanı özünün “Facebook” səhifəsində yazıb.

Strateq.az