XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

13 İyun 2015 - 06:17

XX əsrin qətlləri: Sülhün gətirdiyi faciə və ya yəhudi baş nazir niyə öldürüldü? – Araşdırma

ishaq1.jpg

1995-ci il noyabrın 4-də İsrailin baş naziri İshaq Rabin Təl-Əvivin mərkəzindəki məşhur çarlar meydanında onun çıxışını dinləyən yüz minlərlə israilli ilə təzəcə vidalşıb tribunadan enərk meydanı tərk etməyə hazırlaşır. On minlərlə göz ona dikilib və alqış, uğurlama sədaları meydanı başına götürüb. Bu zaman qəflətən dalbadal ona sarı üç atəş açılır və İshaq Rabin yerə yıxılır…

Fələstinlə barışıq yaratmağa cəhd edən Rabinin ölümünə susayanlar, daha doğrusu, on illərlə tökülən qanın durdurulmasına mane olmaq istəyən kimlər idi? Ya kim idi?

Lakin başqa cür düşünənlər də var: o, iki il əvvəl – 1993-cü il sentyabrın 13-də Birləşmiş Ştatların elə hey gülümsəyən prezidenti Bill Klintonun iştirakı ilə Vaşinqtonda Ağ Evin yanında Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasir Ərəfatla əl tutanda, artıq özünə ölüm hökmü imzalamışdı.

Bu barışıq İsraildə çoxlarını hiddətləndirdi. Xüsusən də sağ millətçiləri. çünki fələstinlilərin çalmalı lideri Yasir Ərəfat İsrail yhudilərinin başına o qədər müsibətlər açmışdı ki, millətçilərin fikrincə, Rabin bu qədər həqarətə razılaşmamalıydı.

… Və artıq ekstremist cəmiyyətdə onun qətlinə fərman verilmişdi.

Gənc fanat, tələbə-hüquqşünas Eqal Amir Rabinin qanına susayanlardan idi.

İsrailin aparıcı siyasətçilərinin başı üzərində həmişə ölüm təhlükəsi dolaşıb. Lakin 73 yaşlı Rabin baş nazir qismində ikinci müddətinin üçüncü ilində hər kəsdən daha çox risq etdi. Birinci il deyil ki, İsrailin ekstremistləri ona nifrət edirlər. Xüsusən də Qəzza bölgəsinin işğal edilmiş ərazisi və qərb sahilinə münasibətdə İsraillə Fələstin arasında uzunmüddətli razılaşma əldə etmək cəhdlərinə görə.

Və o, 1993-cü ilin sentyabrında Osloda İsrail qoşunlarının geri çəkilməsi və Fələstinə işğal edilmiş ərazilərə qismən nəzarət hüququ verilməsi barədə sazişi imzalayanda, düşmənləri özlərindən çıxdılar. Hətta bəziləri onu nasist adlandırdı. Xolokostu heç vaxt unutmayacaq yəhudilər üçün bundan da böyük təhqir yoxdur.

Rabin, Ərəfat və İsrailin xarici işlər naziri Şimon Peres 1994-cü il dekabrın 10-da Osloda barış və razılıq əldə edildiyinə görə, Nobel sülh mükafatı alır. Di gəl ki, bu mükafat hər iki düşərgədə – həm İsraildə, həm də Fələstində ekstremistlərin coşqun hiddətinə səbəb oldu. Heç bir il keçməmiş 28 sentyabr 1995-ci ildə Oslodakı razılaşmanın ikinci mərhələsi qüvvəyə mindi. Fələstinlilər daha çox muxtariyyət əldə etdilər və İsrail cəmiyyəti daha da parçalandı. Rabin küçədəki adi adamlardan tutmuş aparıcı siyasətçilərə qədər bütün səviyyələrdə tənqid olunur. Belələrindən biri 1996-cı ildə İsrailin baş naziri olacaq Benyamin Netanyahudur. O, barışıqdan möhkəm qeyzlənib. Müxalifətin lideri kimi daim İsrail parlamentində – Knessetdə Rabinə qarşı hücumdadır və hesab edir ki, hələ heç vaxt hökumət İsrail irisindən bu qədər uzaq düşməyib.

çıxışlar Rabini təbdən çıxardır. O, 55 ildən çoxdur ki, İsrail dövlətinin siyasətində həlledici rol oynayıb və ölkəni necə idarə etmək barədə Netanyahu kimisinin öyüdünə ehtiyacı yoxdur…

rabin-2.jpg

İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Ailəsi bir ildən sonra Təl-Əvivə köçür. Onun valideynləri qatı sionistdirlər və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak edirlər.

O dövrdə Millətlər Liqasını təqdim etdiyi mandata uyğun olaraq, Fələstini britaniyalılar idarə edirdilər. Fələstinin tarixi yəhudilərin, xristianların və müsəlmanların uzun, qızğın, əsrlik mübarizəsi ilə dopdoludur.

Yerusəlim Romanın İudeya əyalətinin həmişə ən önəmli şəhəri olub. Orada yəhudilərin öz dinlərinin guşə daşı saydıqları Süleyman padşahın inşa etdiyi müqəddəs məbədin qalıqları yerləşir. Sonrakı əsrlərdə bir-birini əvəz edən hökmdarların qovduğu minlərlə yəhudi müqəddəs saydığı torpaqları tərk etdi. Bu kütləvi mühacirət “böyük diaspora” kimi tanınıb.

Artıq romalıların çoxdan yoxa çəkildiyi VIII əsrdə Yerusəlim müsəlmanların əlinə keçir. 1095-ci ildə Papa II Urban bütün Avropadan böyük bir ordu toplamaqla I Xaç yürüşü kimi tanınacaq kampaniyaya başlayır. Yürüşün məqsədi müqəddəs Yerusəlim şəhərini xristianlara qaytarmaqdır.

Hər ik tərəfdən minlərlə ölümə səbəb olmuş qanlı kampaniyadan dörd il sonra məqsəd gerçəkləşir.

Fələstin XVI əsrin əvvəlində Osmanlı İmperiyasının tərkibinə qatılır və adından məhrum olub Yussiyanın bir hissəsi olur. Osmanlı rejimi I Dünya Savaşına qədər, yəni türklər 1914-cü ildə tarixi səhv buraxıb mütəffiqlərə qarşı Almaniyanın tərəfini tutana qədər Fələstini idarə edir.

Türklər 1916-cı ilin iyununda ərəb qiyamı təhlükəsi ilə üzləşirlər. Qiyamda daha çox “Lourens Ərəbi” kimi tanınan britaniyalı gənc zabit Tomas Eduard Lourens fəal rol oynayır. Ərəblər türk qoşunlarını sıxşdırmağa başlayırlar.

Britaniyalılar 1917-ci ilin dekabrında Yerusəlimi tuturlar. Bu, Osman rejiminin bölgədəki sonunun başlanğıcıdır. Bütün dünyadan minlərlə yəhudi Fələstinə axışmağa başlayır. Onlar öz dövlətlərini yaratmaq ideyasına mübtəladırlar və qədim İsrail çarlığını bərpa etmək istəyirlər. Britaniyalılar əvvəlcə bu ideyaya həssaslıqla yanaşırlar. Xarici işlər naziri Ceyms Balfur bir ay əvvəl 1917-ci il noyabrın 2-də Britaniyanın sionist icmasının rəhbəri lord Rotşildə yazır ki, Britaniya hökuməti yəhudi dövlətinin yaranması uğrunda çıxış edir. Bu bəyanat “Balfur bəyannaməsi” kimi tanınacaq. Və beş ildən sonra deklarasiyanın bəndləri leginasiya mandatının əsasına çevriləndə yəhudi köçkünlərinin əzəmətli axınına səbəb olur. Lakin onlar burada yeni həyat qurmağa cəhd edərkən onların Fələstində yaşamasını istəməyən yerli ərəblərin artmaqda olan düşmənçiliyi ilə üzləşirlər. Ərəblər britaniyalılara qarşı da ədavət bəsləyirlər. Fələstinin hüdudlarında yəhudi dövlətinin yaranması barədə uzunmüddətli plana brtitaniyalıların dəstək verməsi onları hiddətləndirir.

Ərəblərin əhvali-ruhiyyəsi getdikcə daha da aqressivləşir. Və yəhidilər “Haqen” adlı təşkilat yaradırlar. Onun əsas məqsədi əhalini və fermaları müdafiə etməkdir.

Rabinin valideynləri lap əvvəldən “Haqen”nin fəaliyyətinə cəlb olunublar, lakin o, fəallıq göstərmək üçün hələ çox balacadır. Rabin yeniyetmə yəhudilərin əksər
iyyəti kimi olduqca tezliklə təhsili hərbi hazırlıqla birləşdirməli olur. Onun oxuduğu məktəb düşmən ərəb kəndləri ilə əhatə olunub. Rabin və yoldaşları özlərini hücumlardan qorumalıdırlar. 1939-cu ilin sentyabrında II Dünya savaşının başlanması Rabinin Birləşmiş Ştatlara universitetə getmək planını pozur. O, indi ölü dənizin sahilində tam şəkildə hərbi hazırlığa qurşanıb.

Alman qoşunları Avropanın böyük bir hissəsini işğal edir və Rabin nasist tiraniyasını devirməyə necəsə kömək olmağa çalışır. Hitler hələ 1933-cü ildə kansler olanda yəhudilər Almaniyanı tərk etməyə başlamışdılar. Onların nasist rejimi barədə hekayətləri Fələstindəki yəhudilərdə almanların müdaxiləsindən nələrin baş verəcəyinə şübhə yeri qoymurdu.

Hitler artıq Fələstinin aparıcı müsəlman ruhanisi, baş müfti Hacı Əmin Hüseynin simasında könüllü müttəfiq əldə emişdi. Müfti nəzərdə tutur ki, alman ordusuna yardım üçün ərəb ordusu toplamaq barədə vədinə görə, Hitler öz antiyəhudi proqramını Orta Şərqə yayacaq.

Britaniyalılar 1939-cü ildə qaçqınların artan sayından narahat olur və yəhudilərin Fələstinə mühacirətini kəskin şəkildə azaldırlar. Bu məhdudiyyət müharibənin axırına qədər – altı il saxlanacaq.

II Dünya savaşında nasistlərin əlindən altı milyon yəhudi həlak oldu. İndi salamat qalmış yəhudilərin əksəriyyəti əvvəlkindən daha çox öz əcdadlarının torpağına qayıtmaq istəyir. Lakin britaniyalılar qəti şəkildə onlara mane olmaq niyyətindədirlər.

İndi “Haqen” britaniyalılarla əməkdaşlıqdan imtina edib onların hərbi qurğularında təxribat aktları həyata keçirdir, hətta yeni gizli mühacirlərin gəlməsinə yardım edərək Britaniyanın düşməninə çevrilir.

1948-ci il mayın 14-də Britaniyanın son əsgəri Fələstini tərk edir. Lakin Fələstin ərəbləri yeni İsrail dövlətini tanımaqdan imtina edirlər və artan narazılıq tammiqyaslı müharibəyə gətirib çıxardır. Rabin Yerusəlimdə və onun ətrafındakı hərbi əməliyyalara başçılıq etməklə bu savaşda fəal rol oynayır. Onun ən önəmli vəzifəsi müqəddəs şəhərdən Təl-Əvivə və sahilə gedən həyat yolunu qorumaqdır.

Rabin 17 ildən sonra hərbi karyerasının zirvəsinə çatır. O, İsrailin müdafiə qüvvələrinin baş komandanıdır. İsrailin 1967-ci il iyunun əvvəlində altıgünlük müharibədə Misirə, Suriyaya, İordaniyaya vurduğu sarsıdıcı zərbələrin dalında məhz Rabin durur. O, indi milli qəhrəmandır. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur.

Elə bu vaxt Təl-Əvivin ətrafında böyük bir ailədə balaca bir oğlan böyüyür. Onun adı İqal Amirdir. O, 22 ildən sonra dünyanı sarsıdan addımı atacaq.

Rabin Vaşinqtondan qayıdandan sonra Knessetə seçilir və 1974-cü il iyunun 2-də Qold Meyeri əvəz etməklə İsrailin baş naziri olur. Bu zaman İsrail növbəti müharibədən sonra hələ təzəcə özünə gəlir.

Müharibə 1973-cü il oktabrın 6-da başlanır. Bu gün yəhudilərin barışıq günüdür. Suriya və Misir qəflətən İsrailə hücum edir. üç həftədən sonra müharibə qurtarır. İsrail yenə də qonşu ərəb dövlətlərini yerində oturdur. Lakin müdhiş qiymətə: 2656 israilli həlak olur, 7250 nəfər isə yaralanır.

1977-ci il aprelin 7-də Rabinin başında qalmaqal qopur: arvadı Elenanın Vaşinqtonda yaşayarkən iki bankda dollarla hesabının hələ də qalması bilinəndə Rabin hədəfə götürülür. çünki İsrail qanunlarına görə, xarici banklarda hesab sahibi olmaq yasaqdır.

Bununla belə, Rabin Knessetdəki yerini saxlayır, 1984-cü ildə isə onu müdafiə naziri təyin edirlər. Növbəti altı ildə bu postda qalacaq. O, işğal edilmiş ərazilərdki fələstinlilərə münasibətdə sərt mövqe tutur. Onlar İsrail hökumətinə qarşı nümayişlər təşkil edəndə qoşuna əmr edir ki, nümayişçilərin qol-qabırğalarını qırsın. Lakin vaxt keçdikcə Rabin anlamağa başlayır ki, hər iki tərəfin zorakılığa əl atması heç nə verməyəcək və çıxış yolu danışıqlardadır.

1992-ci ildə Rabin yenidən baş nazir olur və bu dəfə ərəblərlə münasibətləri yaxşılaşdırmaqla hansısa razılamaya getmək niyyətindədir. Əlbəttə, bu addım sağ ekstremist yəhudiləri quduzlaşdıracaq. Onlar Rabindən və onun yeni barışıq siyastindən narazılıqlarını getdikcə daha aydın şəkildə sərgiləyirlər. Osloda razılaşmanın imzalanmasından və əvəllər qeyri-qanuni sayılan Fələstin Azadlıq Təşkilatının tanınmasından sonra onların Rabinə nifrəti yeni qüvvə ilə qızışır.

Rabin ya baş nazir postundan getməli, ya da ölməlidr.

1995-ci il oktyabrın 5-də on minlərlə sağ ekstremist Yerusəlimdə Sion meydanına toplaşır. Onlar təhqirdən çəkinməyərək Rabinin siyasətinə qarşı etirazlarını bildirirlər. “Rabinə ölüm!” sədaları havanı qatılaşdırır. Rabinin SS formasındakı təhqirli təsviri başlar üzərinə qaldırılıb. Heyrətə gəlmiş Rabin ağciyər deyil və inana bilmir ki, öz xalqı onu ölümlə hədələyər.

İsrailin məşhur təhlükəsizlik xidməti “Şenbet” onunla qismən razıdır və hesab edir ki, real təhlükə ekstremistlərdən deyil, Fələstin terrorçularından qaynaqlanır. Buna görə də lazımi istiqamətə diqqət yetirmirlər. Yanlışlıq dəhşətli nəticələrə aparır. çünki 1995-ci ilin payızında gənc bir israilli – Amir baş naziri öldürmək üçün ona necə yaxınlaşmaq barədə düşüncələrə xeyli vaxt sərf etməyə başlayır. Eqal Amir əvvəllər orduda elitar Holan briqadasında xidmət edirdi. O, 1993-cü ilin sentyabrında ordudan tərxis olunur. Oslodakı ilk razılaşma məhz bu zaman imzalanır. 25 yaşlı Amir hazırda Təl-Əviv universitetində hüququ təhsili alır. O, universitetdə tezliklə sağ ekstremist və Rabinin barışmaz əleyhdarı kimi ad çıxardır.

İsrailin fələstinlilərə heç bir borcu olmadığına tam əmin bir insan kimi, Rabinin etdiyi güzəştlər Amiri qəzəbləndirir. Və televizorda Rabinin FAT-ın lideri Yasir Ərəfatla necə əl tutub salamlaşdığını görüb onun satqınlığının bədəlini həyatı bahasına ödəməyə vadar etmək qərarına gəlir.

İndi Amir Rabinin ölkəboyu yerdəyişmələrini öyrənib hərəkətə keçməyə hazırlaşır.

Rabin 1995-ci il aprelin 22-də Yeruslimdə dini bayramın başa çatması münasibətilə təntənəli mərasimi ziyarət edir. Amir də buradadır. Silahla. Lakin son anda əsəbləri tab gətirmir və parkdan çıxıb qaçır.

11 sentyabr 1995-ci il, Təl-Əviv. Rabin İsrailin əsas şosse yollarından birinin altınadakı tunelin açılışını edir. Amir Rabin gəlməzdən xeyli əvvəl bura gəlir. O, artıq qəti şəkildə Rabini öldürmək niyyətindədir. Lakin Rabin və onu müşayiət edənlər gələrkən əsəbləri yenə də Amiri pis vəziyyətdə qoyur.Təkcə, yalqız bir təbliğatçı Rabini satqınlıqda ittiham etməyə başlayır. Amir isə çıxıb gedir.

Sonralar Amir öyrənir ki, Rabin noybarın əv
vəlində Təl-Əvivdə mitinqdə çıxş edəcək. Bu, onun gözlədiyi şansdır – bu dəfə baş tutacaq.

1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə çar meydanında bura yığışanların qarşısında durub. O, zorakılığa son qoymağın zəruriliyindən danışır. Kütlə hay-küylə bəyəndiyini ifadə edərkən meydana gələn Amir tribunanın arxasında maşınların saxlandığı yerə yollanır. O özünü rəsmi sürücülərdən biri kimi qələmə verir. Amir kimi yəhidi ekstremistlərinin nifrətinə baxmayaraq, Rabinin xeyli tərəfdarları var. Hər halda həmin axşam Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam yığışmışdı.

Nəhayət, Rabin nitqini sülh barədə duyğulu bir nəğmə ilə bitirib camaatla vidalaşır və axşam saat 9.20-də öz maşınına doğru getməyə başlayır. Amir baş nazirin pilləkanla maşınların saxlandığı meydana necə endiyni görür. “Beretta” markalı altıpatronluq tapança ilə silahlanmış Amir hələlik kənada durub. Artıq tam əmindir: Rabini öldürəcək!

Bütün diqqətlər Rabinə yönəlib, ona görə də öz qurbanına doğru sürətlə yaxınlaşan Amirə heç kim fikir vermir.

Sonra maşının qapısı açılarkən Rabinlə arasında beş metrdən də az məsafə qalanda Amir baş nazirə üç dəfə atəş açır. Güllələrdən iksi Rabinin kürəyinə dəyir. O, yerə yıxılır. üçüncü güllə cangüdən Yoram Rubinin sol əlinə dəyir. Lakin gücü bəs edir ki, Rabini maşına qoyub böyük bir sürətlə yaxınlıqdakı xəstəxanaya şığısın.

Bu arada polislər və təhlükəsizlik xəfiyyələri Amiri yaxalayıb meydançadan aparırlar. Həkimlərin bütün səylərinə baxmayaraq, iki saat keçməmiş Rabin ölür. Bu dəhşətli xəbər İsraili şoka salır. Heç kim inana bilmir ki, baş naziri öldürüblər. Bütün dünya sarsıntıya bürünüb. FAT-ın lideri Yasir Ərəfat tam mənasilə sarsılıb: “Bu dəhşətli, qorxunc cinayətdən sarsılmışam. O, İsrailin ən mərd liderlərindən biri idi”.

1995-ci il noyabrın 6-da Yerusəlimdə Rabinin dəfni keçirilir. Birləşmiş Ştatların prezidenti Bill Klinton və dünyanın 40-dan çox aparıcı dövlət xadimi və siyasətçisi mərasimə qatılıb. Klinton vida nitqində deyir: “Sizin baş nazir sülh uğrunda əzabkeş idi!”

Qətlə görə heç bir tövbə və yaxud peşmançılıq hissi ifadə etməyən Amir 1996-cı il yanvarın 19-da Təl-Əvivdə mühakimə olunur. O, Rabini bütün dünya qarşısında diz çökməkdə ittiham edir və bildirir ki, Rabini öldümək deyil, ancaq yaralamaq istəyirdi.

Eqal Amir ömürlük həbs cəzasına məhkum edilir və Rabinin cangüdənini yaraladığına görə üstəlik altı il həbs cəzası alır. Amiri aparanda Rabinin xələfi Şimon Peres öz fikrini bildirir: “Mən deyərdim ki, bu cəza cinayətlə müqayisədə heç nədir. Bu, xalqımızn bütün tarixi ərzində ən müdhiş cinayətdir”.

Strateq.az