XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2015 - 13:00

Rusiyadan NATO-ya savaş xəbərdarlığı – Qırıcı təyyarə hərbi gəminin 150 metrliyinə endi!

rusiyanato.jpg

Baltik dənizində Rusiya ilə NATO arasında daha bir təhlükəli hərbi insident baş verib.
Virtualaz.org saytı xəbər verir ki, CNN telekanalı Rusiyaya məxsus qırıcı-kəşfiyyatçı təyarə Baltik dənizində hərbi manevrlər keçirən NATO gəmilərinə təhlükəli dərəcədə yaxın məsafədə uçuşlar keçirib. Bildirilir ki, müəyyən məqamda Rusiya təyyarəsi hərbi gəmilərin 150 metrliyindən keçib və ABŞ-ın USS Jason Dunham esminesinin ekipajı onu çəkə bilib.
İnsident hələ iyunun 11-də baş versə də, nə Pentaqon, nə Rusiya Müdafiə Nazirliyi rəsmən şərh verməyib. Bununla belə, Pentaqondakı mənbə CNN-ə bildirib ki, Dunham dörd gəmidən ibarət NATO qruplaşmasının tərkibində olub.
Qruplaşma Britaniya, Fransa və Almaniya gəmilərindən ibarət idi. “Rusiya təyyarəsi gəmilərin üzərində dəfələrlə dövrə vurub, bir məqamda isə Dunhan-ın göyərtəsindən cəmi 150 metr hündürlükdən uçub”-xəbərdə deyilir.
“Biz bunu peşəkar və təhlükəsiz hərəkət hesab etmirik. Bunu adi hal hesab edirik, ancaq onu da qeyd edirik ki, diskomfort hiss etməyin astanasındayıq”– deyə Pentaqondakı mənbə bildirib.
İnsident zamanı gəmilərdən heç biri birbaşa təhdidə məruz qalmayıb, ancaq Rusiya təyyarəsi amerikalıların görməyə vərdiş etdiklərindən fərqli olaraq, aşağıdan və yaxından uçub.
Qeyd edək ki, cəmi bir neçə gün əvvəl Rusiya qırıcısı Qara dənizin üzərində Amerika kəşfiyyat təyyarəsi ilə tarana gedərək onun cəmi 3 metrliyindən uçub. Amerika təyyarəsinin ekipajı toqquşmadan son anda yayına bilib.
Bundan əvvəl də dəfələrlə Rusiya təyyarələri Baltik və Qara dənizdə manevrlər edən NATO gəmilərinin üzərində təhlükəli manevrlər edib. Habelə Rusiyanın nüvə raketləri daşıyan strateji bombardmançıları tez-tez NATO ölkələrinin hava sərhədləri yaxınlığında uçuşlar keçirirlər.