XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 08:02

Alman jurnalistlərinin Bakı “ördəkləri” – ANS-çi Mais Məmmədov yazdı

Yaxşı ki, alman qəzetlərinin bir sıra metariallarını oxudum. Məhz onların yazılarından belə çıxırdı ki, çox dəhşətli ölkədə yaşayıram və mənim Azərbaycanımda çox şey pisdir.

Məqalələrdən belə çıxır ki, qaranlıq düşən kimi Bakı küçələrinə xüsusi avtomobillər çıxır, müxalifətçilərin və hakimiyyəti tənqid edənlərin meyitlərini yığır. Azərbaycan paytaxtının sakinləri, demək olar ki, küçəyə çıxmırlar, hakimiyyət tərəfindən repressiya olunmaqdan qorxaraq, sadəcə, bir-iki dəqiqəliyə çörək-duz dalınca qaçırlar.

özü də, bu gəvəzəlik müəllifləri qeyd edirlər ki, Azərbaycandakı siyasi durumla çox yaxından tanışdırlar və bu, onları çox qorxudur. Onlar ekspert kimi yardıma bir sıra keçmiş Azərbaycan vətəndaşlarını çağırırlar. Onlar da yaxşı qanorar naminə nə istəsələr deyə bilərlər.

Bu, mənə çox məşhur bir lətifəni xatırladır.

“Bu, o tərəf, bu tərəfə çapan atlı kimdir?“, – deyə kovboy öz həmkarından soruşur. “Bu, ələkeçməz Codur”. “Bəs, o niyə ələkeçməzdir?”. “çünki heç kimə lazım deyil”.

Mən xatırlayıram ki, bu cür materialları alman mətbuatı Bakıda keçirilən Avropa mahnı müsabiqəsi ərəfəsində də dərc etdirirdi. Onlar ” Eurovision “u boykot etməyə çağırırdılar və Bakıdakı beşinci kolonna da onları dəstəkləyirdi.

Heç nə alınmadı. Mahnı bayramı triumfla keçdi, Bakı Avropanın hər tərəfindən olan onlarla yeni dost qazandı. Bakıda keçirilən ilk Avropa oyunları da düz belə başa çatacaq. Artıq bunun əsası qoyulub. çoxları düşünür ki, bu idman bayramının təşkili və onun rəsmi açılışı, sadəcə, heyrətamiz idi. Bu bayram əbədi olaraq tarixdə qalacaq, alman curnalistlərin yazdığı qəzet cəfəngiyyatları isə yox olacaq.

Mən onlara məsləhət görərdim ki, alman telekanallarının xronikasına baxsınlar, onda görərlər ki, alman polislər dəyənəklərlə və ovçarkalarla hakimiyyətin siyasətindən narazı olan insanları necə dağıdırlar. Dəyənəklər və xüsusilə də ovçarkalar alman demokratiyasının ayrılmaz hissəsidir.

Bir məsələni xatırladım. Hətta tarixin ən çətin məqamlarında bizdə heç zaman faşizm, insanların yandırıldığı ölüm düşərgələri, irqçilik, ku-kluks-klan və Linç məhkəmələri olmayıb.

Azərbaycan hətta SSRİ zamanlarında həmişə tolerant, xoş niyyətli, qonaqpərvər və demokratik olub. Halbuki o vaxtkı rejim heç də belə dəyərləri dəstəkləmirdi.

Mais MƏMMƏDOV