Yunanıstan hava məkanını Liviyanın üzünə bağlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Afinanın bu barədə qərarı bu gündən qüvvəyə minir.
Yunanıstan Xarici İşlər Nazirliyi xəbəri şərh etmək istəməyib. Yerli KİV-lər isə ehtimal edirlər ki, bu, NATO-nun və ya alyansa üzv ölkələrdən birinin Liviyada İŞİD-ə qarşı əməliyyatlar keçirməsi üçün ilk addım ola bilər.
Ehtmal olunur ki, son vaxtlar İŞİD-in Liviyada fəallaşması NATO-nu hərəkətə gətirib. Lakin NATO-nun bu ölkədə əməliyyat keçirəcəyi hələ rəsmən təsdiqlənməyib. Bu ilin aprelində baş katibi Yens Stoltenberq bildirmişdi ki, alyans bu ölkədə yeni hərbi əməliyyat planlaşdırmır.