XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 10:40

Rusiyanın Azərbaycan mətbuatı ilə bağlı yeni planı – Putin pul ayırdı
Moskva hökuməti xaricdə rusdilli KİV-lərin dəstəklənməsi proqramının yerinə yetirilməsinə 12 milyon rubl ayırıb.
Bu barədə Moskva hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Proqramın məqsəd və vəzifələrinə əsasən maliyyə yardımını Azərbaycan, Bolqarıstan, Almaniya, İtaliya, Qazaxıstan, Kipr, Litva, Moldova, ABŞ və Estoniyadan olan KİV-lər alacaq”- deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, rusdilli KİV-lərin dəstəklənməsi proqramının əsas məqsədi rusdilli məkanının saxlanılması və informasiya məkanının rusdilli seqmentinin inkişafı üçün rusiyalı həmvətənlərin konsolidasiyasına yardım etməkdir(Virtualaz.org).