XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 05:37

SSRİ Dövlət Şurasının üzvləri cinayət məsuliyyətinə cəlb edilsinlər – Rusiyanın hakim partiyasından sensasion müraciət

shura_34.jpg

Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının Dövlət Dumasındakı təmsilçiləri Rusiya Baş Prokuroruna SSRİ Dövlət Şurasının yaradılması və fəaliyyətinin legitimliyinin dəyərələndirilməsi xahişi ilə müraciət ediblər. Deputatalar qeyd diblər ki, Mixail Qorbaçovun rəhbərliyi ilə yaradılan bu Konstitusiyaya zidd hakimiyyət orqanı ölkənin suverenliyinə, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə çöx böyük zərbə vuran qərarlar qəbul edib. Bu barədə http://vg-news.ru/ saytı məlumat yayıb.

Deputatların fikrincə, SSRİ Dövlət Şurasına daxil olan şəxslər xüsusi təhlükəli dövlət cinayətlərinə yol veriblər və onalrın əməlləri Rusiya Sovet Sosialsit Federativ Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinin “a” bəndi (vətənə xəyanət) ilə tövsif edilməlidir.

Baş Prokurora müraciətlərində deputatlar qeyd edirlər ki, SSRİ Konstitusiyasına qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəyişikliklər edilmədən, o zaman üçün qüvvədə olan əsas qanunla nəzərdə tutulmayan, Konstitusiyaya zidd dövlət hakimiyyəti orqanı-SSRİ Dövlət Şurası yaradılıb. Onun məcburi qüvvəyə malik qərarları ilə Litva, Latviya və Estoniyanın müstəqilliyi tanınıb.

“Bu o demək idi ki, SSR-dən onun strateji baxımdan vacib ərazisinin ayrılması, dəniz limanları və akvatoriyalarının itirilməsi ölkənin vahid müdafiə məkanının dağılması, Pribaltika ölkələri ilə iqtisadi əlaqələrin kəsilməsiylə nəticələnib”, -deyə müraciətdə vurğulanıb.

Deputatlar xüsusi olaraq qeyd ediblər ki, bu cür əməllərin cinayət məsuliyyətinə cəlb etmə müddəti yoxdur.

Xatırldaq ki, SSRİ Dövlət Şurası 5 sentyabr 1991-ci il tarixdə yaradılıb. Onun tərkibinə SSRİ prezidenti Mixail Qorbaçov və 10 müttəfiq respublikanın rəhbərləri daxil idi. O zamankı Azərbaycan prezidenti Ayaz Mütəllibov da bu qurumda təmsil olunub.

Strateq.az