XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 05:46

Azərbaycan sənayesi yanvar-may aylarında 10,8 mlrd manatlıq məhsul istehsal edib

senaye.jpg

2015-ci ilin yanvar-may aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 10,8 milyard manatlıq məhsul istehsal olunaraq 3,7 faizlik artım qeydə alınıb. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 12,4 faiz, neft-qaz sektorunda isə 1,4 faiz üstələyib.

Strateq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 63,5 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 17,6 milyon ton neft, 8,5 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,0 faizini təşkil etmiş qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.
İstehsal edilmiş sənaye məhsulunun 7,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

ümumi sənaye istehsalının 88,4 faizi malların (əmtəələrin), 11,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 76,3 faizi özəl bölmədə istehsal olunub.

Strateq.az