XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 12:18

Başqa abunəçi adına sim kart almaq olmayacaq- Nömrələrin satışında mühüm dəyişiklik

nomre.jpg

Məlum olduğu kimi, Azərbaycan Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında qərarında dəyişikliklər edib. Yeni qərar əsasında telefon nömrələrinin (sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qərarın üstünlüklərini açıqlayıb.

Birinci əsas üstünlük ondan ibarətdir ki, abunəçi barədə məlumatlar subyekt barədə ilkin mənbədən formalaşdırılmaqla dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək. Bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq.

İkincisi, sənədləşmə bu qərara uyğun olaraq portal üzərindən verilən xüsusi servis vasitəsilə aparıldıqdan sonra bəzi hallarda abunəçilərin soyad və adlarında, ünvanlarda və s. problem yaradan səhvlərin qarşısı birmənalı şəkildə alınacaq və qeyd edilən məsələlərin həlli mümkün olacaq. Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri-mümkün olacaq.

ücüncüsü, bir abunəçi başqa abunəçinin adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək. Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlərin (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndərilməsi imkanı yaranacaq.

Yeni qərar “Elektron hökumət” quruculuğuna və e-xidmətlərə də müsbət təsir göstərəcək. Belə ki, mobil operatorların abunəçi bazalarında olan səhvlər və FİN-ə uyğunlaşma olmaması bir çox e-xidmətlərin hazırlanmasına maneçilik yaradırdı.

CAHANGİR

http://ictnews.az/