XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 11:18

Rusiyadan SOS siqnalı: “İŞİD MDB-də sabitliyi pozacağını bəyan edib”

ISID.jpg

“İŞİD MDB məkanında və Mərkəzi Asiyada sabitliyi pozmaq niyyətinin olduğunu açıq şəkildə bəyan edib. Buna görə də beynəlxalq tərəfdaşlarla birgə MDB-nin Antiterror Mərkəzinin fəaliyyətini genişləndirmək və dərinləşdirmək zəruriliyi meydana gəlib”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Antiterror Mərkəzinin yaradılmasının 15 illiyi ilə bağlı toplantıda bəyan edib.

Onun sözlərinə görə, İŞİD dünyanın müxtəlif regionalrında öz yuvalarını yaradır. ” İlk növbədə ərazisində İŞİD-in emissarlarının olduğu ölkələrin səlahiyyətli orqanları ilə bu iş aparılmalıdır. Bu ərazilərdə terrorçu qrupları öz düşərgələrini yaradır və terrorçu qruplarının göndərilməsi üçün yeni sxemlər cızır”– deyə Bortnikov vurğulayıb.

İŞİD dəstələrinin İrqada cə Suriyada fəaliyyəti hazırda dünyanın ən böyük probleminə çevrilib. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, bu terrorçu qruplaşmalarda 30 min insan cəmləşib.

X.SƏFƏROĞLU

Strateq.az