XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 12:02

Əmək yarmarkaları keçiriləcək- 470 yeni iş yeri təklif olunur

Emek_nazirliyi.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 18-də Tovuz, iyunun 19-da isə Ağstafa rayonlarında Əmək yarmarkaları keçiriləcək.

Strateq.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, hazırda yarmarkalarda təqdim olunacaq boş iş yerləri barədə müəssisələrdən məlumatların toplanması işləri aparılır.

İlkin məlumata görə, Tovuz rayonunda keçiriləcək yarmarkada 218, Ağstafa rayonunda keçiriləcək yarmarkada isə 260 boş iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq. Tədbirlərdə boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı peşə hazırlığına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Əmək yarmarkaları Tovuz rayonunda Şahmat məktəbinin binasında, Ağstafa rayonunda isə Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2015-ci il üzrə əmək yarmarkalarına cari ilin mart ayından başlanılıb. Həmin vaxtdan bəri 8 rayonda keçirilən Əmək yarmarkalarında 587 nəfərə boş iş yerlərinə göndəriş verilib ki, onlardan 488 nəfəri (83,1 faiz) göndəriş verilən müəssisələrdə münasib işlə təmin ediliblər. Bu tədbirlərdə 22 nəfər peşə hazırlığına, 21 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.

Strateq.az