XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 09:44

Deputatın qardaşı oğlu niyə həbs olundu? -Təfərrüatlar

Millət vəkili Vahid Əhmədovun qardaşı oğlunun həbs edilməsinin təfərrüatları məlum olub.

Millət vəklinin qardaşı oğlu Namiq Əhmədovu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları fırıldaq əməlinə görə həbs ediblər.

Strateq.az azpolitika.info-ya istinadən xəbər verir ki, N.Əhmədov adı açıqlanmayan bir nəfərə yüksək vəzifəyə işə düzəldəcəyi vədini verərək 5000 manat pulunu alıb. Sonra isə müxtəlif bahənələrlə vədini yerinə yetirməyib. Pulundan olan və arzuladığı vəzifəyə çata bilməyən həmin şəxs Nəsimi polisinə üz tutub. Polis isə N.Əhmədovu həbs edib.

Hazırda N.Əhmədovun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb. İttiham olunduğu maddə üzrə cəmi bir nəfər zərərçəkmiş var. Hazırda istintaq aparılır.