XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 09:40

1915-ci il hadisələrində Almaniyanın rolu –Təhlil

alman

Hilal Kaplan

Sabah (Türkiyə), 12.06.2016

 

Almaniya XİN arxivində minlərlə sənədi diqqətlə araşdırmış və öz araşdırmasını 2011-ci ildə “Almaniya-Türkiyə silahdaşlığı və ermənilər” adlı kitab kimi çap etdirmiş tarixçi Sərdar Dinçər mühüm məqamlara toxunur.  

Dinçərin sözlərinə görə, alman qərargah zabitlərinin bir çox yerlərdə Osmanlı hərbi birləşmələri təşkil etdikləri yəqin faktdır. O deyir ki, 800 zabit və 20-25 min əsgərdən ibarət alman hərbi missiyası 1914-cü ildə Osmanlı imperiyasına yollandı və sənədlərə əsaslanaraq bu missiyanın fəaliyyətini ifşa edir. Nümunələrdən biri podpolkovnik Eberhard qraf Volfskehl fon Rayhernberqin Zeytun əyalətinin (Qəhrəmanmaraş) digərləri ilə yanaşı erməni dəstələrinin də yerləşdiyi rayonlarına hücumudur.  

Yaxud başqa bir misal: hərbçilərin dəmiryolu ilə daşınmasına sorumlu Karl Anton İohann Eduard Btrix dəmiryolunun inşasında məcburən işlədilən ermənilərin deportasiyası haqda sərəncam imzaladı.

İddia olunur ki, bu hərəkətlərin arxasında iqtisadi maraqlar durur. Məsələn, Deutsche Bank, Krupp, Erhardt və yaxud Almaniyanın Bağadad dəmiryolunda işləyən digər aparıcı şirkətləri o zaman Osmanlı imperiyasında ermənilərə nisbətdə mövqeyə təsir edən  siyasətçi və hərbçiləri dəstəkləyirdi.

Qeyd olunur ki, bəzi alman şirkətləri erməniləri və yunanları zorla işləməyə məcbur edirdi və bu, sonralar “Varlıq vergisi” (1942-ci ildə daşınmaz əmlaka tətbiq edilmiş vergi. Onun tarifi Türkiyənin qalan vətəndaşlarındansa milli azlıqlar üçün daha yüksək idi-tərc.) kimi dövrlərdə nümunə oldu.

Bundan savayı, Tessa HoffmanVolfqanq Qust kimi tarixçilər, həmçinin Vahan Dadryan eyni fikirdədirlər ki, Almaniya 1915-ci il hadisələrinə əsaslı şəkildə təsir edib. Xüsusən də Dadryan təsdiqləyir ki, 1915-ci ildə Musadağda gizlənmiş erməni dəstələrini mühasirəyə almış Osmanlı qoşununa alman zabiti komandirlik edirdi.

1915-ci il hadisələrini “soyqırım”kimi tanımış Almaniya parlamentinin qəbul etdiyi qətnamə almanların roluna “göz yumur”.  Bundan başqa, qətnamə layihəsi Almaniyada keçən il birinci komissiyada bəyənilmişdi, lakin Türkiyə ilə AB arasında readmissiya haqda sazişdən sonra qətnamənin qəbuluna yol vermədilər. Bu il sazişin iflasa uğramasından dərhal sonra bunun baş verməyi sübut edir ki, Almaniya qətnaməni “əxlaqi imperativ” üzündən deyil, adi opportunizmə görə qəbul etdi. Ona görə də 1915-ci il hadisələrini “soyqırım” kimi tanımayan, lakin I dünya savaşı tarixində ağrılı hadisələr olduğu haqda özünə hesabat verən kəs qeyd etməlidir ki, Almaniyanın mövqeyini bütün baxımlardan qeyri-əxlaqi görürəm.

Bununla yanaşı, Türkiyə bu məsələdə gərəkən bütün addımları atdı.  Öz arxivlərini ekspertiza üçün açdı, həmçinin Ermənistana və maraqlı tərəflərə 1915-ci il hadisələri haqda danışıqlar təklif etdi. Tayib Ərdoğan 2014-cü ilin aprelində Türkiyə dövləti adından tarixi nitqlə çıxış etdi və bildirdi ki, baş vermiş hadisələrdən bəziləri qeyri-insani idi və 1915-cil hadisələrindən ziyan çəkmiş ermənilərin törəmələrinə rəsmi başsağlığı verdi və ağrını dialoq vasitəsilə birlikdə yüngülləşdirməyə çağırdı.

Bu səhifə Türkiyə üçün qapanıb. Xarici dövlətlərin heç bir parlamenti bu mövqeyə təsir etmir. Ermənistan və erməni diasporu uzanılı əli sıxsa, Türkiyə dövləti və xalqı ermənilərlə birlikdə yeni səhifənin yazılması üçün açıq olacaq. Qalanı ucuz siyasi hesabın aləti etməyə cəhd göstərilən tarixi ağrının istismarından özgə heç nəyi bildirmir.

“Türk və erməni xalqları dialoq vasitəsilə bir-birini sağaldır. Fransa senatının, ABŞ senatının qətnamələri bu dialoqa yardım etməyəcək” –iyrənc sui-qəsd nəticəsində itirdiyimiz Hrant Drinkin (2007-ci ildə İstanbulda qətlə yetirilmiş türk-erməni jurnalisti-tərc.) bu özləri öz aktuallığını bu gün də saxlayır.

 

Tərcümə Strateq.az-ındır.