XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2015 - 06:17

Oliqarxların mandat savaşı: Milli Məclisin tərkibində kimlər olmayacaq? – SİYAHI
milli-meclis.jpg
Bakıda təşkil olunan I Avropa Oyunları cəmisi 4 aydan sonra ölkəmizdə keçiriləcək parlament seçkiləri haqqında mövzunu arxa plana atsa da, hakimiyyətə yaxın siyasi çevrələrdən sızan informasiyalar gələn ayın əvvəlindən bu yöndə qızğın müzakirələrin açılacağını göstərir.
Artıq kimlərin deputat seçilib-seçilməyəcəyi ilə bağlı indidən hakim partiyanın – YAP-ın özündə belə, müəyyən diskussiyaların getdiyi və konkret şəxslərin perspektivinin müzakirə masasına yatırıldığı haqqında informasiyalar gəlməkdədir. İnformasiyalardan anlaşılansa odurki, seçki məsələsi Milli Məclisin yaşlı komitə sədrləri ilə yanaşı, əksər deputatların da yuxularına haram qatıb.
Bu barədə YAP-a yaxın mənbələrdən Strateq.az-ın əldə etdiyi məlumatlara görə, payızda keçiriləcək parlament seçkisində hakimiyyət bir daha ənənəvi seçki taktikasından istifadə etməyi, xüsusən də parlamentə “yatmağa gələn” və ya öz biznesini böyütməyi və qorumağı hədəfləyən şəxslərə, həmçinin konkret qruplaşmaların, ayrı-ayrı oliqarxların maraqlarının təmsilçisi kimi çıxış edən deputatlara yenidən mandat verməyi düşünmür:
«İqtidar bu dəfə Millli Məclisin hazırkı tərkibinin azı, 60 faiz səviyyəsində dəyişilməsini planlayıb. Hələlik dəqiqləşən odur ki, bu dəfə şans tanınmayacaqlar ötən 5 ildə hakimiyyətin maraqlarına cavab verməyənlər və əsasən, yaşlı deputatlardır.
Məsələn, Rusiyada oturub, iqtidar əleyhinə fəaliyyət göstərdiyi bildirilən Abbas Abbasovun oğlu Aydın Abbasovun məhz bu səbəbdən üzünə qapı bağlanacaqsa, eyni halı Milli Məclisin komitə sədri 77 yaşlı Ziyad Səmədzadə, Milli Məclisin Regional məsələlər komitəsinin 76 yaşlı sədri Arif Rəhimzadə, 69 yaşlı Hadı Rəcəbli, 70 yaşlı vitse-spiker Valeh Əsgərovun haqqında demək olmaz. Adıçəkilənlərin məhz yaşları yenidən mandat qazanmalarına mane olacaq. Bəli, iqtidar bu dəfə seçkiyə qocamanlarla deyil, gənc, çevik, yeni dövrün şərtləriylə ayaqlaşan insanlarla getməyi hədəfləyib. O səbəbdən də ilk olaraq, YAP-ın siyahısı ilə seçkiyə gedəcəklər ciddi “saf-çürük” ediləcək. Artıq dəqiq olan odur ki, bu dəfə YAP-ın siyahısında bir neçə nəfər istisna olmaqla, qocamanlar yer almayacaq. Onları daha gənc və çevik, cəmiyyətdə qəbul olunan şəxslər əvəzləyəcək. Bəli, əmin ola bilərsiniz ki, bu dəfə yaşı 60-ı keçən deputatların 90 faizi ilə yolları ayıracaqlar. Hələlik, yaşlılardan Milli Məclisin komitə sədri Eldar İbrahimovla bağlı bir problem görünmür. Qalanları isə yol üstədir. Əgər onlar son anda bağlı olduqları qruplaşmaların ciddi dəstəyini ala bilməslər, o zaman deputatlıq dönəmləri üzlərinə birdəfəlik bağlanacaq».
Mənbə bildirir ki, Milli Məclisin iki komitə sədri – Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevlə, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova onlara ötürülən mesajla barışmaq niyyətində deyillər:
«Şəmsəddin Hacıyev nəqliyyat naziri Ziya Məmmədovun imkanlarından və YAP-dakı bəzi funksionerlərlə sıcaq əlaqələrindən istifadə edərək YAP Səbail rayon təşkilatına sədr gətirilsə də, ona yenidən mandat şansı tanınması hələ də şübhəli qalıb. Onun məsələsi daha çox, Ziya Məmmədovla bağlı seçkiyədək veriləcək qərardan aslı olacaq. Əgər Ziya Məmmədov seçkiyədək mövqelərini qoruya bilsə, o zaman Şəmsəddin Hacıyevi Milli Məclisdə yenidən görmək mümkün olacaq. Ancaq bu dəfə iqtisadçı Şəmsəddin Hacıyevi Elm və Təhsil Komitəsinin deyil, akademik Ziyad Səmədzadədən boşalacaq İqtisadi-siyasət komitəsinin başında görmə ehtimalı çoxalacaq. Yəni Şəmsəddin Hacıyevin bütün istək və çabası bu yöndədir…
Rəbiyyət Aslanovaya gəlincə, xanım deputatın da indiki “əzgin tale”yi ilə barışmaq niyyətində olmadığı bildirilir.
Daxildən sızan məlumata görə, Rəbiyyət Aslanova seçkiyə qatılmaq və yenidən mandat qazanmaq üçün bir neçə oliqarx-məmurun dəstəyini almaq istəyib. Lakin oğlu Elnur Aslanovun «vurulması»ndan sonra ona dəstək verməyə ehtiyatlanırlar. Bu isə artıq ona “qırmızı işıq” yandırılması deməkdir».
Məlumata görə, təkcə Milli Məclisin yaşlı komitə sədrləri ilə deyil, eyni zamanda, ən stajlı qocaman deputatlarla bağlı ilkin qərar da var:
«Məsələn, Binəqədidən 5 çağırış mandat alan Madər Musayevə də bu dəfə şans tanınmayacaq. ümumiyyətlə, bu tip biznesmen-deputatlara əvvəlki seçkidə olduğu kimi, «yaşıl işıq” yandırılmayacaq».
Məlumata görə, budəfəki seçkidə YAP-ın «ağır topları»ndan olan Əli Əhmədovun da seçkiyə qatılmayacağı dəqiq olduğundan, onu oğlunun əvəzləməsi gözlənilir:
«ümimiyyətlə, budəfəki seçkidən sonra tanınmış şəxslərin bəzilərinin övladlarını parlamentdə görmək mümkün olacaq.
Məsələn, baş nazirin müavini Əli Əhmədov 19 saylı Nərimanov seçki dairəsindən bu dəfə oğlu Orxan Əhmədovun namizədliyinin verilməsinə çalışır. Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun yerinə isə nəvəsi Tale Heydərovun seçkiyə qatılması gözlənilir. Nəqliyyat naziri Ziya Məmmədovun da bu seçki yarışında deputat qardaşı Elton Məmmədovdan daha çox, oğlu Anar Məmmədovun mandat qazanmasına çalışması haqda ilkin sıqnal var. Bir sözlə, budəfəki seçkidə xeyli sürpriz namizədlər görəcəyik”.
Eyni zamanda, mənbə bildirir ki, hökumət “konstruktiv müxalifət” siyahısına da əl gəzdirmək niyyətindədir və bu seçkidə daha çox özünü doğruldan “müxaliflər”ə yer verməyi düşünür. Bəzi da
irələrdə isə YAP-ın namizədləri iştirak etsə də, bu, formal və görüntü xarakteri daşıyacaq və YAP əsas gücünü cəmiyyətdə nüfuzu olan bir neçə müstəqil politoloq, tanınmış ziyalı, media təmsilçisi və xalq tərəfindən sevilən populyar sənət adamlarının keçməsinə yönəldəcək…
Strateq.az