XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 10:08

İranın nüvə demarşı: Tehran Obamaya necə kömək edir? – Təhlil

zarif-1.jpg

Dünən İran parlamenti hökumətin ölkənin nüvə energetikası sahəsində əldə etdiyi naliyyətləri mühafizə etməsini nəzərdə tutan qanun layihəsinin ümumi müddəalarını təsdiqləyib. Sabah isə qanun layihəsinin detalları müzakirəyə çıxarılacaq.

Qanun layihəsi paralmentin qapalı iclasında müzakirə edilib və 199 səs lehinə olmaqla birinci oxunuşdan keçib.

Parlamentin spikeri Əli Laricani bildirib ki, qanun layihəsi ilə bağlı sabah İranın Ali Təhlükəsizlik Şurası ilə məsləhətləşmələr aparılacaq, zəruri düzəlişlər ediləcək.

Tehranın “at gedişi”…

Ekspertlər qeyd edirlər ki, əgər bu qanun layihəsi qəbul olunarsa, yaxud ona düzəlişlər edilməsə, ABŞ Konqresinin İrana yeni sanksiyalar tətbiq etdiyi halda hökumət Cenevrə analaşmasından imtina etməlidir. Nüvə enerjisindən istifadə olunması ilə bağlı fəaliyyətlər isə əvvəlki miqyasda bərpa olunmalıdır.

Qanun layihəsində qeyd olunur ki, İrana qarşı sanksiyalar dərhal götürülməldir. Yalnız nüvə obyektlərində monitorinq aparıla bilər. Dinc məqsədlərlə nüvə tədqiqatları davam etməldir. İranın nüvə proqramı ilə bağlı razılaşmalar parlamentə təqdim edilməlidir. Hər hansı anlaşma imzandığı halda isə Xarci İşlər Nazirliyi bu razılaşmanın qüvvəyə minməsindən sonra hər 6 aydan bir parlamentə hesabat verməlidir.

Xatırladaq ki, bu il 2 apreldə İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı ilə bağlı Tehran və “Altılıq ölkələri” (ABŞ, Rusiya, çin, Fransa, Böyük Britaniya, Almaniya) arasında çərçivə razılaşma imzalanıb.

Razılaşmada əsasən aşağıdakı müddəalar nəzərdə tutulmuşdu:

  • İranın ona qarşı tətbiq olunan sanksiyaların götürülməsi müqabilində uranın zənginləşdirilməsində 25 il müddətinə imtina etməsi;
  • Zənginləşdirilmiş uranın böyük hissəsinin İrandan çıxarılması;
  • İranın nüvə proqramının yalnız və yalnız dinc xarakter daşıması;
  • Atom Enerjisi üzrə Beynəlxaq Agentliyin (MAQATE) ekspertlərinin 20 il müddətində İranın bütün nüvə obyektlərində monitorinq aparması;
  • İranın nüvə qurğularından heç birinin demonataj olunmaması;
  • İranın işləyən nüvənin zənginləşdirilməsi qurğularının sayının üçdə iki dəfə azadılmasını və dayandırılan qurğuların MAQATE-nin nəzarətində olan anbarlara qoyulması;
  • İranın Arak şəhərində ağır su ilə işləyən reaktoroun yenidən qurulması. Bu, reaktorun plutonium istehsal edə bilməməsi üçün edilir.

Lozannada, həmçinin 30 iyunda İranla “Altılıq ölkələri” arasında texniki əlavələr də daxil olmaqla yekun razılaşmanın imzalanması barədə razılıq əldə olunmuşdu.

Son 8 gün və fikir ayrılıqları

Artıq İranla Qərb ölkələrinin nüvə proqramı ilə bağlı yekun razılaşma imzalanması üçün Lozannada müəyyənləşdirilən tarixə 8 gün qalıb. Bir neçə gün əvvəl Vyanada İranla “Altılıq ölkələri” təmsilçiləri arasında danışıqların növbəti raundu baş tutub. 24-25 iyunda isə danışıqların davam etdirilməsi nəzərdə tutulur. Hələ ki, 30 iyunadək danışıqların yekunlaşıb-yekunlaşmayacağı ilə bağlı birmənalı açıqlamalar verilmir.

Təhlilçilər əsas fikir ayrılığının İrana qarşı iqtisadi və maliyyə sanksiyalarının götürülməsi məsələsində olduğuna diqqət çəkirlər. Tehran sanksiyaların hamısının imzalanacaq razılaşma qüvvəyə minən gündən götürülməsini tələb edir. ABŞ-da isə sanksiyaların mərhələlərlə götürülməsini istəyirlər. Digər tərəfdən yəhudi lobbisi və İsrailin təsirinin güclü olduğu ABŞ Konqresində İrana qarşı yeni sanksiyalar məsələsi gündəliyə gətirilib.

İranın “Altılıq ölkələri”nin şərtlərini qəbul etməyəcəyi təqdirdə, yeni sanksiyalar tətbiq edilməsi müzakirə olunur. Obama administrasiyası isə yeni yanaşma təklif edir. Vaşinqtonda İrana qarşı hər hansı şübhələrin meydana çıxması, yaxud Tehranın hər hansı şərtləri pozduğu halda, sanksiyaların avtomatik bərpa olunmasını təklif edirlər.

zarif_2.jpg

İran Obamaya necə kömək edir?

Belə bir vəziyyətdə İran parlamentinin ölkənin nüvə energetikası sahəsində əldə etdiyi naliyyətləri mühafizə edilməsi ilə bağlı qanun layihəsinin birinci oxunuşda qəbul etməsi Tehranının artıq geri çəkilmək niyyətində olmadığını nümayiş etdirməyə hesablanıb. Bu, həmçinin, İran parlamentinin ABŞ-da Respublikaçılar Partiyasının nəzarət etdiyi Konqresə simmetrik cavabı da sayıla bilər. Nə qədər paradoksal görünsə də, İran parlamentinin bu təşəbbüsü Obama administrasiyasının da işinə yaraya bilər. Ağ Ev İrana qarşı yeni sanksiyaların hansı təhlükələrə səbəb olacağını daha aydın şəkildə respublikaçıların diqqətinə çatdıra bilər. İndiki məqamda prezident Obama komandasının İranın nüvə proqramı ilə bağlı respublikaçıların müqavimətini dəf etməkdə çətinlik çəkməsi müşahidə olunur.

30 iyuna qədər İranla ABŞ-ın anlaşa bilib-bilməyəcəyi ilə bağlı isə ən müxtəlif proqnozlar səslənir. Bununla belə, ekspertlərin əksəriyyəti Tehranın bunda gerçəkdən maraqlı olmasına diqqət çəkirlər. İranın kifayət qədər güzəştə getməsi və ABŞ-a Tehranla münasibətləri normallaşdırmaq üçün tarixi fürsət verməsi vurğulanır. İranın beynəlxalq təcriddən çıxması isə ABŞ-ın yeni geosiyasi gedişləri üçün imkanlar yaradır.

Lakin bu razılaşma hər nə qədər tərəflərin maraqlarına cavab versə də, onlar arasında 30 illik düşmənçiliyin doğurduğu etimadsızlıq mühiti qalır. Bu baxımdan, onların hər biri daha yaxşı sığortalanmağa can atır. Ekspertlərin fikrincə, 30 iyunda İranla barışıq olub-olmayacağı Obama administrasiyasının iradəsindən asılı olacaq. Böyük ehtimalla yekun yox, növbəti dəfə komromisləri nəzərdə tutuan daha bir aralıq saziş imzalanacaq. Bu sazişin 30 iyun yox, iyulun ilk 10 günlüyündə də imzalanması mümkündür.

Zaur İbrahimli

Strateq.az