XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 11:20

ABŞ-Azərbaycan münasibətlərinin pozulma səbəbi barədə sensasion iddialar: Qərb Azərbaycanda vəhhabilərdən istifadə edə bilər – Təhlil

2015-ci il Avropa Olimpiya Oyunlarının keçirilməsinə hətta İlham Əliyev hökumətinin çox böyük xərcləri də – 6 min idmançının nəqliyyat və yemək xərcləri daxil olmaqla – Avropa ölkələri liderlərinin mərasimin açılışını boykot etmək qərarına təsir edə bilmədi.

Onların iddia etdiyinə görə, bu addım siyasi məhbusların təqibinə etiraz əlamətidir.

Bəs Avropa liderləri siyasi partiyaların və azad mətbuatın yasaqlanması, meydanlarda kişi və qadınların boynunun vurulmasına görə, Səudiyyə şeyxlərini, yaxud futbol üzrə 2020-ci il dünya çempionatının obyektlərində işləyən 1200 mühacir qulun həlakına görə, Qətərdəki orta əsrlər rejiminin əmirlərini cəzalandırmağa hazırlaşırlarmı?

Əsil səbəb başqadır: ABŞ-la sıx münasibətlər qurmuş Heydər Əliyevin (1993-2013) oğlu İlham Əliyevin başçılıq etdiyi Azərbaycanın xarici siyasətindəki dönüş bundan ibarətdir ki, bu ölkə əvəzində heç nə almadan Güney Qafqazda NATO-nun bazası olmaqdansa, hazırkı siyasi sistemi saxlamaqla Rusiya ilə münasibətləri möhkəmləndirmək qərarına gəlib.

Azərbaycanda (mənası “Odlar Yurdu” deməkdir) cəmi iki il əvvəl “ABŞ-Azərbaycan: gələcəyə baxış” görüşü keçirildi. Tədbirdə onlarla siyasətçi və biznesmen, xüsusən də vitse-prezident Co Bayden, İraq və əfqan xalqlarının cəlladlarından biri Pol Volfoviç, həmçinin BP, ChevronConocoPhillips daxil olmaqla on beşə yaxın neft şirkətinin təmsilçiləri iştirak edirdilər. Görüşün məqsədi ABŞ və AB-nin karbohidrogenlərə və Rusiyanın lap sərhədində yerləşən Güney Qafqazın bu ölkəsinə nəzarəti gücləndirmək idi.

Rusiya yaxın xarici müdafiə edir

Orada nə baş verir-versin, bölgənin geopolitik inkişaf vektoru dəyişilib: Putinin digər məsələlərlə yanaşı, postsovet məkanında Moskvanın nüfuzunu atırmağı nəzərdə tutan doktrinası artıq tam şəkildə həyata keçirilib və sıradakı nəticələri verib:

– ABŞ və AB “Nabukko” qaz kəmərini inşa edə bilmədi;

– GUAM – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın hərbi birliyi layihəsi, yəni NATO-nun bu bölgədəki filialı baş tutmadı;

– Xəzəryanı beş ölkə Amerikanın bu dənizdəki varlığına həmrəyliklə “yox” dedi;

– Azərbaycan Xəzər dənizində ABŞ-la hərbi-dəniz əməkdaşlığını nəzərdə tutan KASFOR layihəsini tərk etdi;

– NATO-nun Ukraynadakı fitnəkar fəaliyyətinə cavab olaraq alyansın Əfqanıstana yük göndərmək üçün quzey marşrutu bağlandı;

Bundan başqa, Moskvanın əlində hələ aşağıdakı kozırlar da var:

– Xəzər dənizinin sahilində yerləşmiş çevik reaksiya qüvvələri;

– Dağlıq Qarabağ anklavına təsir, Ermənistanın Gümri şəhərndəki böyük strateji önəm malik hərbi baza; ABŞ və AB-nin Ankaraya İrəvanla yaxınlaşmaq haqda tövsiyələri və erməni soyqırımının tanınması (ki, bununla da Ermənistan Rusiyanın təsir dairəsindən çıxsın) Bakıya heç bir təsir edə bilmədi və taleyin kinayəsi ilə ancaq Bakının Qərbə inamsızlığını artırdı.

– 2013-cü ildə qərbyönlü Mixail Saakaşvilini əvəz etmiş Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ilə təmasların qurulması; 2008-ci ildə Rusiya ilə hərbi münaqişə zamanı ABŞ-ın Gürcüstana hərbi dəstək verməməsi də olduqca əhəmiyyətli idi.

– İstənilən anda Azərbaycanın neft kəmərlərini bağlamaq imkanı; O cümlədən Gürcüstan ərazisində.

– Azərbaycanın ziyanına olaraq bölgədə Türkmənistanın (qaz ehtiyatlarına görə dünyada dördüncüdür) rolunun gücləndirilməsi;

– Avropaya qaz tədarük edəcək və ABŞ, AB və Azərbaycanın iştirakı ilə inşa edilən Transanadolu qaz kəmərinin (TANAP) rəqibi olacaq “Türk axını” qaz kəmərinin Türkiyə ilə birlikdə inşa edilməsi.

Rusiya, Ermənistan və İranın daxil olduğu sarsılmaz cəbhə ABŞ-İsrail-Azərbaycan-Türkiyə oxunun dağılmasını məmnunluq və narahatlıqla müşahidə edir.

Azərbaycan üçün cihad+ “Maydan”

ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar Əliyevi təhdid etdi ki, onun siyasəti Bakı “Maydan”ı törədə bilər. Onun açıb demədiyi bu idi ki, Azərbaycanda rəngli inqilab və yaxu dövlət çevrilişi baş verə bilərmi? Barak Obamanın Rusiyanın Xəzər dənizi ilə bağlı enerji layihələrində iştirakına yol verməmək üçün bu bölgəyə göndərdiyi Morninqstar Azərbaycan, Türkiyə və Yunanıstanın iştirakı ilə “Güney qaz dəhlizi”nin yaradılması ideyasını irəli sürdü. “Nabukko” qaz kəmərinin inşasındakı uğursuzluqlardan sonra Rusiyanın bu layihədə iştirak etməməsi şərtilə Azərbaycana məxsus dünyadakı ən iri qaz yataqlarından biri “Şahdəniz”dən Yunanıstan, Albaniya və İtaliyaya qaz tədarük etmək təklifi ortalığa atıldı.

Dini-etnik zəmində, məsələn, İran mənşəli və sayca 300 min talışın separatçı cəhdlərini dəstəkləmək, Ermənistanla yeni münaqişənin qızışdırılması, mətbuatda işgəncələr mövzusunun hər cür şişirdilməsi, siyasi məhbuslardan və Ermənistanla müharibə nəticəsində əmələ gəlmiş bir milyon qaçqının faciəsindən, “terrorla mübarizə” və ABŞ və AB-yə bölgənin işlərinə qarışmağa imkan yaratmaqdan ötrü Səudiyyə Ərəbistanının misilsiz dəstəyi sayəsində Azərbaycanda meydana çıxmış cihadçılardan bu məsədlə istifadə etmək mümkündür.

Barak Obama üçün birinci prezidentlik müddətndə keçmiş sovet respublikalarını nəzarətə götürməkdənsə, çinə qarşı Rusiya ilə ittifaq yaratmaq daha vacib idi. Hazırda cəsur prezident həm çinlə, həm də Rusiya ilə mübarizə aparır.

O, Ukraynada münaqişə törədib, hazırda Qafqazda daha bir cəbhə açıb. Azərbaycanda artıq Qafqaz Əmirliyi və İŞİD-lə əlaqəsi olan “Camaat” qruplaşmasında iştirak etmiş şəxslərlə bağlı faktlar var.

Marqelaşvili ABŞ və AB-nin Gürcüstanın daxili işlərinə qarışmağına cavab olaraq “Azad Avropa” stansiyasının verilişlərini bağladı. Avropanın bir sıra KİV-i, həmçinin Corc Sorosun “Açq cəmiyyət” fondunu qeydə almaqdan imtina etdi.

Yekunda qeyd etmək olar ki, ABŞ-ın indiki şəraitdə qaz uğrunda mübarizəsi Avrasiyada dayaq nöqtəsindən məhrum olub.

“Publico.es” (İspaniya), 22.06.2015