XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 08:09

İsraillə Türkiyə arasında gizli danışıqlar keçirilib

erdogan_davos_16_1253737550.jpg

Anakara ilə Təl-Əviv barışmağın optimal yollarını axtarırlar

İtaliyanın paytaxtı Romada İsrail-Türkiyə gizli danışıqları baş tutub. Bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. “CNN Türk”-ün Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələri isə bu bu məlumatı təsdiqləməsələr də, təkzib də etməyiblər.

Məlumatlara görə, Romada Türkiyə Xarici işlər Nazirliyi rəsmisi Ferudin Sinirlioğlu ilə İsrail Xarici İşlər Nazirliyi baş direktoru Dore Gold bir araya gəlib.

“Haaretz” qəzeti bu danışıqlar barədə İsrailin milli təhlükəsizlik məsələləri üzrə məslətçisi Yossi Cohen ve Baş Nazir Ofisinin özəl Türkiyə təmsilçisi Joseph Ciechanoverin məlumatlı olmadığını qeyd edib.

Qəzet Ciechanoverin son 5 ildə İsrail hökuməti adından Türkiyə ilə danışıqlar apardığını və Sinirlioğlu ilə təmas xətlərini açıq saxladığını qeyd edərək, 2014-cü ildə İsrail ilə Türkiyə arasında “Mərmərə böhranı”ndan sonra ortaya çıxan problemlərin həlli üçün bir anlaşma layihəsi hazırlandığını da xatırladır.

“Haaretz” idda edir ki, həm Yossi Cohen ve İsrail Baş Nazir Ofisinin özəl Türkiyə təmsilçisi Roma görüşündən sonra bu barədə xəbər tutublar.

Diplomatik mənbələrdən qəzetə bildiriblər ki, bu görüş rəsmi xarakter daşımayıb və gələcək rəsmi müzakirələr üçün bi başlanğıc kimi nəzərdən keçirilməlidir.

CNN Türk xatırladır ki, 2013-cü ildə ABŞ prezidenti Barak Obamanının israrından sonra İsrail baş naziri Netenyahu 2013-cü ildə baş nazir Ərdoğanla telefonla danışmış və barışığa çağırmışdı. Türkiyə mətbuatında bu telfon danışığı Təl-Əvivin üzr istəməsi kimi təqdim olunmuşdu. 2013-cü ilin dekabr ayında İsrail nümayəndə heyəti Ustanbula gəlmiş, bir neçə həftə sonra isə Türkiyə nümayəndə heyəti Qüdsə səfərə getmişdi.

2014-cü ildə hazırlanmış anlaşma layihəsində İsrailin “Mavi Mərmərə” gəmisində öldürülənlərin ailələrinə 20 mln dollar təzminat ödəməsi razılaşıdırılmışdı.

Amma hələ ki, İsrail tərəfi, konkret baş nazir Netanyahu bu razılaşmanı imzalamağa tələsmir. Vaşinqton isə gərginliyə son qoyulmasında və tezliklə anlaşma imzalanmasında israr edir.

Təhlilçilərin fikirincə, Roma danışıqlarında məhz bu məqamlar müzakirə olunub və böyük ehtimalla amerikalıların vasitəçiliyi ilə baş tutub.

Strateq.az