XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 09:36

“Wikileaks”də Azərbaycanla bağlı məxfi teleqramlar: Səudiyyə səfiri nədən ehtiyatlanırmış? – FOTOLAR

ereb baku vikilis.jpg

Qalmaqallı “Wikileaks” saytının bu günlərdə Səudiyyə Ərəbistanı ilə bağlı yaydığı məxfi yazışmaların içində Azərbaycanla bağlı bir sıra sənədlər də yer alıb.

Strateq.az bildirir ki, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin son illərdəki yazışmaları əks olunan diplomatik sənədlər müxtəlif məsələlərlə bağlı mövzuları əhatə edir.

Məsələn, 2007-cı ilə aid olan bir yazşımada səfirlik bank hesablarından hansısa köçürmələr barədə bildiriş göndərir. Əl-Riyada göndərilmiş başqa bir məktubda isə Səudiyyə Ərəbistanı barədə düzgün rəyin formalaşdırılması üçün səfirliyin mühüm mexanizm olduğu vurğulanır.

“Wikileaks”in sənədləri içində olan digər bir məktub 2015-ci ilə təsadüf edir və Azərbaycan prezidenti İlham Əliyevin Davos Forumundakı işitrakı ilə bağlıdır.

Səudiyyə Ərəbistanı səfirliyinin diplomatik teleqramında prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun rəhbəri Klaus Şabla olan görüşü barədə məlumat verilir. Bakıda aprel ayında keçirləcək İqtisadi Foruma hazırlıq prosesinə başlandığı qeyd olunur.

Daha bir diplomatik yazışma Yaxın Şəqrdəki böhranla bağlıdır. 2014-cü ildə yazılan məktubda səfirlik Bəhryendə siyasi situasiynın kəskinləşməsi fonunda diplomatik korpusun qorunması məqsədi ilə silahlı mühaifzənin gücləndirlməsi üçün Azərbaycana müraciəti yer alır. Məktubda qeyd olunur ki, ölkənin İranla həmsərhəd olması baxımından səfirlikdə mühafizə sisteminin gücləndirilməsi zəruri sayılır.

№ 239 / AH / 1/56 в 433/3/2 0 1 saylı teleqramda isə Bakıda xarici ölkə vətəndaşlarına qarşı mümkün terror əməliyyatının üstünün açıldığı vurğulanır və İranla Azərbaycan arasında gərgin münasibətlərə toxunulur.

“Wikileaks”in Səudiyyə Ərəbistanı ilə bağlı açıqladığı son sənədlər ABŞ-İran yaxınlaşması və Əl-Riyadın son zamanlar Moskva ilə intensivləşən təmasları fonunda müəyyən suallar yaradır.

Xaqani SƏFƏROĞLU

ereb davos Ilham.jpg

ereb sefir muhafize.jpg