XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 11:25

Avropa İttifaqı jurnalistlərin xüsusi qrupunu yaratdı: Brüssel informasiya müharibəsinə hazırlaşır

jurnalist.jpg

Euobserver nəşrinin məlumatına görə, Avropa İttifaqının Rusiyanın təbliğatına qarşı fəaliyyət göstərəcək East StratComTeam adlandırlan ekspertlər komandası artıq sentyabr ayından fəaliyyətə başlaya bilər

Euobserver əldə etdiyi 9 səhifəlik qərar layihəsinə istinadən qeyd edir ki, bu komanda Avropa İttifaqının rəhbərliyi üçün press-relizlər, informasiya materialları hazırlayacaq, həmçinin Rusiyanın təbliğatına qarşı durmaq üçün təkliflər verəcək, bu istiqamətdə fəaliyyətləri əlaqələndirəcək. Bu sənəd Avropa İttifaqı dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək.

Avropa İttifaqına sədrlik edən Latviyanın xarici işlər naziri Edqar Rinkeviç nazirlərin bugünkü görüşündə Aİ-nin informasiya siyasəti ilə bağlı strategiyanın müzakirə olunacağını təsdiqləyib.

Strategiyada Avropa İttifaqının siyasətinin postsovet ölkələrində təbliğ edilməsi, müstəqlil KİV-in dəstəklənməsi, xarici oyunçular tərəfindən dezinformasiyalarla bağlı məlumatlılığın səviyyəsinin artırılması ilə bağlı çağrışlar, təkliflər əks olunub.

Euobserver qeyd edir ki, informasiya müharibəsi üzrə ekspertlər komandası Aİ-nin siyasi rəhbərliyi, Mətbuat xidməti, Aİ nümayəndəlikləri və Aİ üzvlərinin zəruri hesab etdiyi məsələlərlə bağlı informasiya materialları hazırlayacaq. Bu informasiya materilları milli dillərə tərcümə olunacaq. Eyni zamanda rus dilində yayılacaq.

“Bu materiallar vətəndaşlara Aİ-nin həyata keçirdiyi iqtisadi islahatların zamanla onların gündəlik həyatına müsbət təsir göstərdiyini başa düşməyə kömək edəcək”.

Yeni strategiya, həmçinin xarici jurnalistlərin Avropa KİV-də stajirovka keçməsini də nəzərdə tutur.

Xatırladaq ki, iyunun əvvəlində Praqada nəşr olunan “Hospodarske noviny”qəzeti Avropa İttifaqının 5 nəfərdən ibarət informasiya müharibəsi üzrə xüsusi qrup yaratdığını yazmışdı. Qəzet məlumat verirdi ki, bu qrup üçün əməkdaşlar Avropa Xarici Siyasət Xidməti tərəfindən seçilib. Əsas şərtlərdən biri kimi ali təhsil, jurnalistikada iş təcrübəsi və rus dili bilikləri olub.

Strateq.az