XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 12:19

Qarabağ üzrə fəaliyyət planını Əliyev, Putin və Ərdoğan hazırlayır – Təhlil

Azərbaycan daha ümumavropa təhlükəsizlik komponentinə bel bağlaya bilməz

Azərbaycan Qərblə münasibətləri “müvəffəqiyyətlə” korlayır – bu barədə, ən azı, ATƏT-in Bakı ofisinin bağlanması barədə tələblər xəbər verir. Yayılmış məlumatlara görə, Azərbaycanın demarşı onuna bağlıdır ki, ATƏT qurumun Bakı ofisinin rəhbəri və Azərbaycan hökumətinin qəlbinə yatmış Aleksis Şahtaxtinski ilə müqaviləni uzatmamağı qət edib. ATƏT Bakı ofisi başçısının fəaliyyətini dayandırmasının səbəbi haqda açıqlama yaysa da, Azərbaycan hökuməti Şahtaxtinskinin Bakıdan geri çağrılmasında “ABŞ-ın basqısı”nı hiss edir. Rusiyanın ATƏT-dəki təmsilçisi Andrey Kolinin RİA NOVOSTİ-yə bildirdiyi kimi, “Şahtaxtinski Azərbaycanda yaxşı qəbul olunmuşdu. Orada hesab edirdilər ki, o, düzgün işləyir və vəzifəsinin öhdəsindən tam gəlir. O, Azərbaycan hökumətinin müəyyən etdiyi prioritetlər üzrə işləyirdi və müxalifətin hazırlanması və mökəmlənməsi ilə məşğul olmurdu. Elə buna görə də ziyan gördü”.

ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer öz növbəsində bildirib ki, Bakının qərarına Azərbaycanın insan haqları sahəsindəki öhdəliklərdən “ciddi şəkildə geri diyirlənməsi” kimi baxılır.

Xatırladaq ki, ABŞ, AB, müxtəlif beynəlxalq qurumlar Azərbaycan hökumətini daim insan haqlarının pozulmasında ittiham edir və bir qayda olaraq, Bakıdan yetərincə sərt cavablar alır. Lakin məsələ bu dəfə bəlağətsiz ötüşdü – Azərbaycan XİN sadəcə ofisin bağlanması haqda ATƏT-ə nota göndərdi. Belə çıxır ki, “Azərbaycan hökuməti ilə ATƏ arasında ATƏT-in Bakıdakı layihələrinin Koordnatoru haqqında qarşılıqlı anlaşma barədə Memorandum” öz qüvvəsini itirir.

Azərbaycan parlamentinin deputatı Zahid Oruc hesab edir ki, ATƏT-n Bakıda fəaliyyətinin dayandırılması beynəlxalq qalmaqal sayılmamalıdır.

Amma əslində, o elə bu cürdür. Azərbaycan hökuməti əvvəllər də ATƏT-in ölkədə rolunu zəiflətməyə cəhd etmişdi. 2013-cü ildə təşkilatın Azərbaycandakı nümayndəliyinin statusu səfirlikdən “layihələrin koordinatoru”na endirilmişdi.

Zahid Orucun bildirdiyi kimi, ofisin bağlanması Azərbaycanın ATƏT-lə və Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu ilə əməkdaşlığı dayandırmasını bildirmir və ümumiyyətlə, təşkilatın ofisi başqa formatda meydana çıxa bilər.

Əlbəttə, erməni siyasətçiləri və KİV ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı durumu çox diqqətlə izləyirlər. “Lragir” yazır: “Faktlara baxanda Azərbaycan Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk prosesindən çıxdığını tezliklə bəyan edə bilər”.

Nəşrin izah etdiyi kimi, Minsk prosesindən çıxış Azərbaycana “Rusiya və Türkiyə ilə separatçı triumvirat” bağlamaq üçün lazımdır ki, sonra “Qarabağ problemini həll etsin” və İranla Qərbin, çinlə Avropanın əlaqələrinə mane olan rus-türk zonası yaradılsın. Minsk Qrupunun həmsədrliyi hazırda bu planın gerçəkləşməsinə mane olur”.

Erməni nəşrinin analitiklərinin güman etdiyi kimi, lakin Azərbaycanın qərarı “falstrat” da ola bilər (yanlış start-red.), çünki sözügedən triumviratı yaratmaq üçün yeni xarici siyasət yürütməyə görə Ərdoğan parlament seçkilərində tam qələbə qazanmalıydı. Bu isə baş vermədi.

Həmin qaynağın daha bir versiyası: “Azərbaycanın Minsk prosesindən çıxması BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək sessiyasının vaxtına düşə bilər. Məlumat var ki, iclas zamanı Ermənistan və Azərbaycan prezidentlərinin görüşü və hətta hansısa sənədin imzalanması baş tuta bilər. çox güman ki, Azərbaycanın bu sənəddən xoşu gəlməyəcək və indiki halda ondan yayınmağın ən yaxşı yolu Bakının ATƏT-in Minsk prosesindən çıxmasıdır. Axı sənədi məhz Minsk Qrupunun həmsədrləri hazırlayır”.

Bir sözlə, hazırda Qarabağ üzrə fəaliyyət planını “Qərbin təqib etdiyi” triumvirat, yəni Əliyev, Putin və Ərdoğan hazırlayır. Bəzi erməni analitikləri həmçinin iddia edirlər ki, bu üç siyasətçi artıq Bakı ilə İrəvanın hazırlıq gördüyü “müharibə vasitəsilə nizamlanma”ya bel bağlayır. Onların məntiqinə görə, Ermənistan fəal hərbi əməliyyatlar nəticəsində işğal etdiyi rayonları Azərbaycana qaytaracaq, keçmiş Dağlıq Qarabağın ərazisinə isə Rusiya sülhməramlıları yeridiləcək. Azərbaycan isə bunu çox istəməsə də, Rusiyaya minnətdarlıq əlaməti kimi Avrasiya iqtisadi birliyinə daxil olacaq. Qeyd olunur ki, Rusiya da borclu qalmayacaq və ABŞ-ın ziddinə olaraq Azərbaycanda Əliyev rejiminin möhkəmlənməsi üçün hər şeyi edəcək.

Bəs ATƏT necə olacaq? Bu qurumun Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, bölgədə tammiqyaslı müharibə başlasa, onda danışıqlara nöqtə qoymaq olar.

Lragir hesab edir: o, faktiki olaraq, xəbərdarlıq edir ki, əgər Ermənistan Bakının ardınca ATƏT-in xidmətindən imtina edib Rusiyanın vasitəçiliyinə sığınsa, onda tammiqyaslı müharibə başlanacaq…

Azərbaycan ATƏT-in Bakı ofisinin bağlanmasını bildirəndən sonra ATƏT-n mənzil-qərargahından maraqlı bir açıqlama verildi. ATƏT sədri, təxminən, dedi ki, bu, Bakının seçimidir, lakin orada başa düşməlidirlər ki, kürəsəl təhlükəsizlik sisteminin tərkib hissəsi olmaqdan məhrum olurlar. Başqa sözlə, ATƏT xəbərdarlıq edir ki, Azərbaycan daha ümumavropa təhlükəsilik komponentinə bel bağlaya bilməz. İndi isə eyni xəbərdarlığı Uorlik Ermənistana edir.

Azərbaycana təkcə Uorlik xəbərdarlıq etmir: yuxarıda adı çəkilən Bayer qeyd edib ki, ATƏT-in Bakı ofisinin bağlanması “bölgədə təhlükəsizlik, əhali və Azərbaycan hökuməti üçün yaxşı hal deyil”.

Turanın məlumatına görə, Amerika diplomatı xatırladıb ki, layihələr koordinatorunun ofisi ATƏT-n bütün 57 üzv dövlətinin razılaşdırdığı mandat əsasında fəaliyyət göstərir. Uyğun olaraq, iştirakçıların konsensusu əsasında qəbul edilmiş hər bir qərar “ancaq konsensus əsasında ləğv edilə bilər”.

Xatırladaq ki, Bayer Azərbaycanı tənqid etməkdə çox fəaldır. O, həmçinin ABŞ Dövlət Departamenti yarım il əvvəl Amerikanın “Azadlıq” radiostansiyasının Bakı ofisindəki axtarışla bağlı ciddi etiraz etdilər ki, Azərbaycan prezidenti administrasiyasının yüksəkrütbəli məmuru Novruz Məmmədov yüksək dərəcədə diplomatik olmayan bir dildə etiraz etdi: “Cənab Bayer unudur ki, zorakılıq, korrupsiya və həbslərin vətəni məhz onun ölkəsidir”.

PanARMENIAN.net-in fərz etdiyi kimi, Azərbaycan artıq Qərb ölkələrinin etimad kreditini tam tükədib və “günlərin birində qara kürü və neft də Əliyevə və komandasına kömək olmayacaq”.

Lakin erməni nəşri qara kürü məsələsində əndazəni aşır. Amma, bax,
Qərb Azərbaycanın davranışından bütün “məyusluğu” müqabilində Azərbaycan nefti və qazını əldən buraxmaq istəmir.
Bu ölkəni Rusiya və Türkiyəyə güzəştə getməyi isə heç istəmir.

Yeri gəlmişkən, artıq ATƏT-in ofisi ölkədən çıxarılandan sonra bu iki ölkə liderləri Bakıda görüşdülər – prezidentlər Vladimir Putin və Ərdoğan birinci Avropa oyunlarının, demək olar ki, az qala, bütün dünya liderlərinin laqeyd qaldığı açılış mərasimində iştirak etdilər. Bu, Moskva-Bakı-Ankara triumviratının yaradılması, Qarabağ porblemi, bölgəsəl və energetika təhlükəsizliyi, həmçinin Rusiya və Türkiyənin Güney Qafqaz və Yaxın Şərqdəki siyasi iddialarının tarazlaşdırılması kontekstində çox şeydən deyil, olduqca çox şeydən xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakıda qapalı rejimdə keçən Putin-Ərdoğan görüşünün önəmliliyini gizlətmədi. Lakin o, tərəflərin “saatları tutuşdurub yoxlamaq və bölgə məsələlərində formalaşan mürəkkəb durumda – Suriyadakı durum, sözsüz ki, iki ölkənin qarşılıqlı ticari-iqtisadi fəaliyyəti, həmçinin iri layihələr üzərində, energetika sahəsində birgə iş” barədə fikir mübadiləsi aparmağın zəruriliyi haqda məlumatla kifayətləndi.

Putin Əliyevlə də söhbət edib – Dağlıq Qarabağ, ikitərəfli münasibətlər və artmaqda olan qarşılıqlı ticarət haqqında. Lakin prezidentlərin Qarabağ problemi üzrə danışıqları haqda rəsmi məlumat bununla tamamlanır. Bununla belə, Qarabağ probleminin nizamlamasnda Rusiyanın öz üzərinə hansı rolu götürdüyü hamını maraqlandırır. Xüsusən də ATƏT-in ofisinin Bakıdan çıxarılması və bununla bağlı amerikalıların açıqlamaları fonunda.

Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja əmin edir ki, başçılıq etdiyi qurum Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qatıla bilməz. Bu problemlə ATƏT-in Minsk Qrupu məşğul olduğundan digər qurumlar bu prosesə qarışmamalıdır. Lakin xatırladır ki, “Ermənistan KTMT-nin tamhüquqlu üzvüdür və onun üçün təhlükə yaranacağı halda KTMT özünün bütün hüquqlarından istifadə edəcək”.

Lakin ehtimal ki, Moskva bu məsələdə Azərbaycanın strateji tərəfdaşı Türkiyəsiz ötüşməyəcək və Ankaranın Moskva ilə birləşməsi Qərbin Rusiya və Türkiyə ilə qarşıdurması halında tamamilə haqlı görünür.

Rusiya Elmlər Akademiyası beynəlxalq təhlükəsizlik İnstitutunun əməkdaşı, MDU-nun dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko bildirir ki, “Hazırda Rusiya-Türkiyə münasibətlərini çox vaxt “yeni kamalçılıq” adlandırırlar. Söhbət Sovet İtitifaqı ilə dostluq münasibətləri qurmuş (1924-1938) Kamal Atatürkdən gedir. O, 1938-ci ildə vəfat edəndən sonra kamalçı siyasət döndərildi: Türkiyə rəhbərliyi Almaniyaya istiqamətləndi. Bu gün Moskvada da, Ankarda da ümid edirlər ki, 1930-cu illərin sonundakı mənfi təcrübədən yayınacaqlar”.

O, Rusiya ilə Türkiyənin bir-birinə marağını həm də 1936-cı il Montre Konvensiyasının qorunması ilə izah edir: “Amerikanın Qara dənizdəki varlığının artması (Rumıniya və Ukrayna ilə qarşılıqlı fəaliyyət vasitəsilə) Konvensiyanın iki maddəsini yuyub aparır. Birinci – Türkiyənin üçüncü ölkə gəmilərinin boğazlardan buraxmaq hüququ. İkinci – Qara dənizə dəxli olmayan ölkələrin gəmilərinin Qara dənizdə olması müddətinə məhdudiyyət qoymaq. Rusiya da öz növbəsində maraqlıdır ki, bütün ölkələrə açıq olan boğazlara dost Türkiyə nəzarət etsin”.

Qarabağ prbleminə gəlincə isə, ekspert diqqəti özbaşına meydana çıxmış iki problemə yönəltdi: “Birincisi, Bakıda ATƏT-in ofisinin bağlanmasıdır ki, Qarabağ nizamlanmasında ATƏT-in rolunu obyektiv şəkildə azaldır. İkincisi isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin təzələnməsi imkanıdır. Görünür, Rusiya və Türkiyə liderləri Azərbaycanla ATƏT arasında vasitəçilik formatını nəzərdən keçirirlər”.

Fenenko qeyd edir ki, Türkiyənin danışıq prosesinə qatılmasına İrəvanda necə yanaşılacağı başqa məsələdir: “2009-cu il Sürix protokollarının uğursuzluğu göstərir ki, bu proses çətin olacaq. Görünür, Kreml nəzərdə tutur ki, Ermənistanla müttəfiqlik münasibətləri İrəvanla Ankara arasında, heç olmasa, məhdud məsələlər üzrə vasitəçi olmağa imkan verəcək. Məsələ Ermənistanın yeni vasitəçilik cəhdlərini qəbul edib-etməyəcəyindədir”.

İrina Corbenadze

Rosbalt.ru, 22.06.2015