XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 06:02

Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır- Rəsmi

dovlet_qulluqu.jpg

Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Strateq.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, 1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir. Onlardan 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır.

Onu da bildirək ki, 2015-ci il aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfərdir.
Strateq.az