XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 07:18

Putinin nümayəndəsi: “Yerevanda dövlət çevrilişinə cəhd başlanıb”

ermeni mitinq.jpg

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov bildirib ki, Yerevanda dövlət çevrilişnə hazırlıq gedir və aksiyaçılar arasında Ukrayandan gəlmiş döyüşçülər var.

Strateq.az bildirir ki, Markov Yerevanda baş verənləri dövlət çevrilişnə hazırlıq adlandırıb.

“Enerji tariflərinə qarşı etiraz ilkin bəhanədir. Bu, müxalifətin rəngli inqilablar yolu ilə hakimiyyəti tutmaq üçün səbəbdir. Müxalifət buna çoxdan hazırlaşırdı. Mitinqçilər arasında çoxlu Avropa Birliyinin bayrağını tutanlar var. Əvvəlcədən təlim keçmiş xeyli döyüşçü polis kardonunu yarmaq üçün cəhd edir. Şərq Tərəfdaşılığı proqramından imtina edəndən sonra bu aksiyaların başlanacağı gözlənilən idi. Yerevanda spontan xalq mitinqinin başlanması barədə danışmaqdan söz gedə bilməz. Qərb texnoloqranın indi əsas məqsədi qan axıdılmasına nail olmaqdır”.