XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2015 - 07:37

Şahmar Mövsümova Rusiya bankında vəzifə veriləcək

shahmar_movsumov_040613.jpg

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukaev VTB Bankının Müşahidə Şurasının sədri ola bilər. Bu barədə “Vedomosti” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Qəzetin mənbələri VTB-nin banklar arasında dövlətdən daha çox yardım alacağına diqqət çəkib. Qəzet qeyd edir ki, VTB federal krediti mexanizmi ilə 307 mlrd rubul, Milli Rifah Fondundan 250 mlrd rubul alacaq. Aleksey Ulyukaev isə dövlətin nümayəndəsi kimi ayrılmış maliyyəyə nəzarəti təmin etməlidir.

A. Ulyukaev 2013-2014-cü illərdə VTB və “Sberbank”ın Müşahidə Şurasında təmsil olunub.

TASS agentliyi isə VTB Bankın səhmdarlarının toplantısının sabah baş tutuacağı barədə məlumat yayıb.

VTB Bankın Müşahidə Şurasına müstəqil direktorlar kimi namizədliyi irəli sürülənlər arasında Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun da adı var.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu 2013-cü ildə Rusiyanın ikinci böyük dövlət bankı olan VTB-yə 500 mln dollar investisiya qoyub.

Strateq.az