XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 08:39

WikiLeaks Putinin sirrini açıb: Rusiya müharibəyə hazırlaşırmış

rus_ordusu.jpg

Rusiya amerikalıların və İsrailin İranın nüvə obyektlərinə zərbə vurcağı halda, ABŞ və Təl-Əvivlə mümkün qarşıdurmaya hazırlaşırmış. İran.ru saytının məlumatına görə, WikiLeaks saytı tərəfindən açıqlanan Səudiyyə Ərəbistanına aid diplomatik sənədlərdən belə məlum olub.

2012-ci il 22 yanvar tarixində Səudiyyə Ərəbistanı kəşfiyyatının kral və Müdafiə Nazirliyinin dəftərxanasına təqdim olunan hesabatında qeyd olunur ki, Moskva İsrailin ABŞ-ın yardımı ilə İranın nüvə obyektlərinə zərbə vurmaq niyyəti barədə məlumat alan kimi, Rusiyanın Qafqazda və digər regionlarda hərbi fəallığını artırdığı müşahidə olunub.

Səudiyyə Ərəbistanı kəşfiyyatının hesabatında Rusiya ordusunun Ermənistandakı hərbi bazasının əlavə təchizat verilməsi, gəmilər əleyinə raket komplekslərinin dislokasiyasının dəyişməsi və Türkiyə ilə sərhəddə rusiya hərbçilərinin fəallaşdığı barədə məlumat verilir.

Strateq.az