XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 June 2015 - 08:50

İŞİD-i Qafqaza gətirirlər: “İmarat Qafqaz”dan İŞİD-ə sədaqət ANDI

ISID.jpg

Şimali Qafqaz mücahidləri İŞİD-ə sədaqət andı içdikləri barədə bəyanat yayıblar.

Strateq.az bildirir ki, bununla bağlı video ötən həftə internetdə peyda olub. Bu müraciətdə “İmarat Qafqaz” terror qrupunun İŞİD-lə ittifaq yaratdığı elan edilib.

BBC bildirir ki, “İmarat Qafqaz” Qafqaz respublikalarında olan terorrçu qruplarını birləşdirir. Onların nəzarətində olan qruplardakı üzvlərin sayı isə 15 minə yaxındır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Moskva İŞİD-in Rusiyanın cənub sərhədlərində olan fəaliyyətini ən ciddi təhlükə sayır.

“2014-cü ildə İŞİD-in tərkibində Xorasan əmirliyi yaradılıb. Bura Əfqanıstan, İran, Türkmənistan, özbəkistan və Tacikstan əraziləri daxil edilib. Terrorçular əsas məqsədlərinin bu ərazilərdəki qanuni hökümətləri devirmək olduğunu bəyan ediblər”.

X. SƏFƏRLİ