XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 11:33

Adil Qəribov vəzifəsindən azad edildi

adil qeribov.jpg

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunub.

AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.

Qərara əsasən, AMEA-nın müxbir üzvü Namiq Cəlilov rəsədxananın direktor vəzifəsini icra edən təyin olunub.
Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Fizika elmləri doktoru Oqtay Səmədov institutun direktoru vəzifəsini icra edən təyin olunub (“report”).
Redaksiyadan: Qeyd edək ki, hələ bir müddət əvvəl, Strateq.az saytında “Adil Qəribov istefaya məcbur edilir – 10 minlik dissertasiya qalmaqalı” başlıqlı yazı təqdim etmişdik. Həmin yazıda Adil Qəribovun istefaya göndəriləcəyilə bağlı məlumat da vermişdik.
Sözügedən yazı ilə bu linkdən tanış ola bilərsiniz:
http://strateq.az/manshet/4899-adil-q%C9%99ribov-istefaya-m%C9%99cbur-edilir-color-red-10-minlik-dissertasiya-qalmaqal%C4%B1.html