XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 12:10

Ərdoğanla görüşən MHP-li separatçı kimdir? – Alparslan Türkeşin oğlu hədəfə çıxarıldı

Türkiyədə koalisiya hökuməti barədə razılığa gəlmək məsələsi uzandıqca, müxalif patiyalarda mərkəzdənqaçma meylləri də artır. Bir müddət əvvəl Dəniz Baykalın Ərdoğanla görüşməsi CHP-dən bəzi qopmaların olacağı və AKP-yə dəstək verəcəkləri ehtimalını gündəmə gətirmişdi. Maraqlıdır ki, MHP-də də eyni hadisənin yaşandığı ehtimal olunur. özü də bu ehtimal hansısa qeyri-ciddi informasiya kanalı tərəfindən yox, birbaşa MHP liderinin dilindən səsləndirilib.

“Milliyyət” qəzetindən öndər Yılmazın xəbərinə görə, MHP-nin dünən axşam keçirilən Divan toplantısında Dövlət Baxçalı maraqlı bir çıxış edib. O, CHP-li Dəniz Baykal kimi, prezident Rəcəb Tayyib Ərdoğanla MHP-dən də bir deputatın görüşdüyünü və özünün bu barədə məlumatının olmadığını bildirib: “Ərdoğanla xarici işlər nazirliyinin binasında bir görüş olub. Görüşənin adını hələlik müəyyənləşdirməmişəm, amma araşdırıram. Görüşlə əlaqəsi olan digər şəxsləri də müəyyənləşdirməyə çalışıram. Əgər bu məlumat doğru isə, nə lazımsa edəcəm”.

Məlumatda o qeyd olunur ki, Baxçalının bu sözlərindən sonra Divan üzvləri bir-birinə baxıb, o adamın kim olduğunu soruşublar.

Baxçalı və MHP-çilər içərilərindəki separatçını axtararkən, “Ankarareview” adlı internet saytı səbəbkarı tapdığını iddia edib. Sayta görə, Ərdoğanla danışıqlara gedən MHP-nin mərhum qurucusu Alparslan Türkeşin oğlu Tuğrul Türkeş imiş.

Qeyd edək ki, AKP-nin təkbaşına hökumət qurması üçün əlavə 17-18 deputata ehtiyacı var. Ya CHP-dən, ya da MHP-dən qoparılacaq deputatların sayəsində AKP-nin bu məqsədə çatması mümkündür və bu barədə əvvəlki yazılarımızda geniş məlumatlar vermişik.1

Türkiyədə koalisiya hökuməti niyə müşkülə dönüb? – Təhlil