XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 15:13

Rusiyaya qarşı sanksiyaların arxasından Rotşildlər ailəsi çıxdı

Beynəlxalq Arbitraj Məhkəməsinin 50 milyard dollar tazminata məhkum etməsinin ardından mövzuyla əlaqədar iddialara bir yenisi də əlavə olundu. Sən demə, “Yukos”un sahibi Mixail Xodorkovski həbs olunmamışdan əvvəl şirkətin səhmlərini öz mülkiyyətindən çıxarıb.

İngiltərənin “Sunday Times” qəzetində yer alan xəbərə görə, Xodorkovski “Yukos”un hissələrini məşhur bankir Jacob Rotşildə təhvil verib. Xodorkovskinin şirkət hissələrinin yüzdə 26-na sahib olduğu və bunların hamısını təhvil verdiyi önə sürülür.

Qəzet xəbəri Rus qaynaqlara istinadən verib.

Xatırladaq ki, Xodorkovski 2003-cü ildə Putinə meydan oxumuş, qısa bir müddət sonra Putin iqtidarı tərəfindən fırıldaqçılıq və vergi qaçaqçılığı iddiasıyla həbs olunmuşdu. “Yukos” isə 27 milyard dollar məbləğində vergi cəzasına məhkum edilmiş və bu cəzanı ödəyə bilmədiyi üçün iflas etdirilmiş və milliləşdirilmişdir. İflas qərarının ardından şirkət səhmdarları Haaqa Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək, Rusiyanın əleyhinə 100 milyard dollarlıq iddia ərizəsi vermişlər.

Arbitraj Məhkəməsi ötən il “Yukos”un köhnə səhmdarlarına 50 milyard dollar təzminat ödənməsi barədə qərar vermişdir. Və bu qərardan sonra Almaniya, Fransa kimi bir sıra Avropa ölkələri Rusiyanın mülkiyyətinə həbs qoymuşdular.

Strateq.az