XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 16:09

Prezident 5 nəfərə general rütbəsi verdi – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, ölkə başçısının sərəncamı ilə aşağıdakı hərbi qulluqçulara general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Axundzadə Yusif Yevgeniyeviç

polkovnik Eyyubov Teymur Tərlan oğlu

polkovnik Əliyev İkram Zülfü oğlu

polkovnik Hüseynov Zahid İbrahim oğlu

polkovnik Orucov Elman İzzət oğlu

Dövlət başçısının digər sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.