İranın keçmiş prezidenti Mahmud Əhmədinecat çıxışıyla yenə dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. O, Ramazan ayı münasibətilə ölkənin bir çox yerlərindən ziyarətə gələn qonaqlarına əsl “kəlam ziyafəti” verib.
Strateq.az-ın məlumatına görə, sabiq prezident ABŞ-ın Yaxın Şərq siyasətindən danışarkən deyib ki, bu ölkə nə neft, nə də İslam dünyası üzərində hegemoniya axtarışındadır. Onun fikrincə, ABŞ İmam Mehdini axtarır. Səbəbi isə çox sadədir: Super güc imam Mehdinin gələcəyi zaman, öz kitabının bağlanacağını yaxşı bilir. Odur ki, nəyin bahasına olursa olsan, 12-ci imamı tapmağa çalışır.
Əhmədinecat onu da deyib ki, ABŞ yetkililəri öz təxminlərinə görə, İmam Mehdi ilə əlaqəli ola biləcək hər kəslə görüşürlər: “Onlardan İmam haqqında təfsilatlı bilgi almaq istəyirlər. Bizim dini universitetlərimizin 12-ci İmamla bağlı araşdırmalarından minlərlə qat artıq tədqiqat aparırlar. Onlar bizdən daha artıq İmamın arxasınca düşüblər”.
ABŞ-ı “Şeytanın dövləti” adlandıran sabiq prezident insanlığın Allaha və İmama qovuşmasına mane olmaq üçün bu dövlətin şeytan tərəfindən qurulduğunu bildirib.
Heydər Oğuz
Strateq.az