XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 06:40

Mümkün Amerika-Rusiya savaşı: kimin nəyi var? – Araşdırma

“Putin NATO ilə müharibə istəmir”

Sözsüz ki, Qərb hərbi baxımdan Rusiyanı üstələyir. Lakin bu o demək deyil ki, Moskva ilə güzəşt əldə etmək lazım deyil.

Ruslar Sibirdə manevrlər keçirdir, NATO Avropa Birliyinin quzey-şərq məkanında özünün yeni “Nizə ucluqları”nı sınaqdan keçirdir. Hərbi güc nümayişini Ukrayna böhranı müşayiət edir və hamı bir ağızdan bildirir ki, bu propblemin hərbi həll variantı yoxdur. Həm Qərbdə, həm də Şərqdə soyuq müharibənin bitməsindən sonra 25 il əvvəl artıq keçilmiş sayılan vahimə hissi və əndişə yenidən baş qaldırır.

Sovet İttifaqının dağılması nəticəsində ərazisinin dörddə birini, əhalinin yarısını və sərvətinin önəmli hissəsini itirən ruslar öz qürurlarını alçalmış hiss edirlər. çünki Rusiyanı indi “bölgə dövləti” hesab edirlər. NATO-nun onun Qərb sərhədlərinə yaxınlaşmasını təhlükə, Qərbin onun evinin qapısına doğru qəbuledilməz genişlənməsi kimi qəbul edir.

Qərb isə öz tərəfindən qorxur ki, Putin “rus torpaqlarını bir yerə cəmləyən” çar rolunu öz üzərinə götürüb və indi keçmiş sovet məkanını yeni etiket altında bərpa etmək istəyir.

Krımın ilhaqı və ardınca Ukrayna separatçılarını açıq və ya gizli şəkildə müdafiə etmək bu cür əndişələri yemləyən yeni mühit yaratdı.

Putinin NATO-nun sərhədlərində dayanmayacağı xüsusunda ciddi təşviş var.

Adi silahlar sahəsində zəif döyüş qabiliyyəti

Lakin biz ağlmızı itirib vahiməyə qapılmamalıyıq. Rusiya fövqəl nüvə dövləti olaraq qalmaqdadır: onun cəbbəxanası 7500 ədəd nüvə silahından ibarətdir (Birləşmiş Ştatlarınkı 7260 ədəddir). Lakin Putin nüvə cəbbəxanasının bir hissəsini modernləşdirməyə çalışsa da – yeri gəlmişkən, bu, özlüyündə normal yanaşmadır – bu potensial müharibə aparmaq üçün deyil, ancaq qorxutmağa bəs edir.

Bununla belə, Moskvanın adi slıahlar sahəsindəki döyüş qabiliyyəti artıq çoxdan soyuq müharibə illərindəki səviyyədə deyil.

Kreml o zaman dörd milyon nəfəri silahlandıra bilirdi, halbuki bu gün yalnız bir milyon nəfər silah altındadır – Rusiya hesablama Palatasının məlumatına görə isə, cəmi 766 min nəfər. Hərbi çağırışa xidmət qalır, lakin bu gün xidmət müddəti bir ildir. çağırışçılar pis hazırlıq keçir və demək olar, döyüş qabiliyyətli sayılmır.

Onilliklər boyu Pentaqon və Dövlət Departamentində yüksək vəzifələr tutmuş Lesli Qelb yeni araşdırmasında göstərir ki, rus ordusunun böyük hissəsi Uzaq Şərqdə yerləşdirilib. 100 mindən az insan elitar hissələrdə xidmət edir və əksəriyyəti Güney hərbi dairəsində yerləşdirilib. Onların yalnız bir neçə on mini öz hazırlıq səviyyəsinə görə NATO-nun elitar hissələrinə uyğundur.

Qelbin birmənalı qənaəti: “Rusiya 2014-cü ilin yayında Ukrayna sərhədində 40 min əsgər, o cümlədən elit bölmələr toplamaq qabiliyyəti nümayiş etdirdi. Ukraynanı hədələmək üçün bu yetərli idi, lakin bu cür qruplaşma NATO-nun Şərqi və Mərkəzi Avropadakı qoşunları üçün çətin ki təhlükə təşkil edə bilsin. Rusiya qoşunları Varşava paktının keçmiş üzvlərini təhdid etmək üçün say baxımından kifayət qədər imkana malik deyil. Buna görə də Moskvanın bu ölkələrə soxulub onları yenidən işğal edəcəyini təsəvvür etmək mümkün deyil”.

Putinin tərcümeyi-halının müəllifi Fion Hill bu baxışı bölüşür. O yazır: “Silah cingildətməyə baxmayaraq, Putin və Kreml NATO ilə müharibə istəmir”.

Moskva Karnegi Mərkəzinin rəhbəri Dmitri Trenin də durumu sakit qiymətləndirir: “Baltikyanı ölkələr və Polşa narahat olmaya bilər. Rusiya onlara hücum etməyə hazırlaşmır“.

Hərbi təfəkkür diplomatiyanı boğmamalıdır

Bəs Kreml hökuməti şirnikib Ukrana nümunəsində digər dövlətlərə qarşı “hibrid müharibə”yə başlamağa cəhd etsə, necə? NATO-nun “Nəcib sıçrayş” təliminin də məqsədi məhz bundan ibarət idi – bu cür addımın onun üçün təhlükəli olacağını göstərmək.

Nəticə: NATO Putinin “yaşıl adamcıqlar”ının öhdəsindən gələr.

Hər şeyə baxanda bu, ona görə lazım idi ki, Kremlin sahibinə nümyaiş etdirilsin. Həm də Amerkanın NATO-nun Şərqi Avropadakı üzv ölkələrində silah və avadanlıq yerləşdirmək planı yaranmış durumda tamamilə səmərəli görünür. Lakin hərbi təfəkkür diplomatik səyləri boğmamalıdır. Qorxutma və qabağını alma medalın yalnız bir üzüdür. Digəri – dövlət işlərini yönəltmək sənəti – boş qalmamalıdır. Villi Brandt və Helmut Kolun rəhbər tutduğu gərginliyin boşaldılması prinsipi bu gün də düzgündür: silahlanmaq və danışıq aparmaq.

Bu yolda ilk addım bundan ibarətdir ki, hər iki tərəf uçurumun qırağından üç addım geri çəkilsin.

İkinci məqsəd II Minsk sazişinin icrası və yaxud bu, baş tutmasa, başqa bir üsulla həll olunmayınca, Ukrayna münaqişəsinin dondurulmasıdır.

üçüncü məqsəd – Moskva ilə güzəşt axtarışı üzrə işdir ki, bu da əlbəttə, strateji səbir tələb edir. Güman ki, bu güzəşt yalnız növbəti nəsil tərəfindən əldə ediləcək: çinin yayılma basqısı ruslar üçün əlavə problemlər yaratsa.

Teo Zommer

“Die Zeit” (Almaniya), 24.06.2015

Strateq.az-ın araşdırması

Qarşıdurma olsa, üstünlük kim tərəfdədir?

ABŞ Rusiya

Əhalinin ümumi sayı

316 668 567 145 500 482

Mümkün insan resursu

145 212 012 69 117 271

Hərbi xidmətə yararlı

120 022 084 46 812 553

İllik çağırışçıların sayı

4 217 412 1 354 202

Həqiqi hərbi xidmətdə olan kadrlar

1 430 000 766 000

Hərbi ehtiyatda olan kadrlar

850 880 2 485 000

Bütün təyyarələr

13 683 3 082

Bütün helikopterlər

6 012
973

İstismara yararlı aeroprtlar

13 513 1 218

Bütün tanklar

8 325 15 500

HDQ gəmiləri

473 352

Əsas limanlar və terminallar

24 7

Aviadaşıyıcılar

10 1

Sualtı qayıqlar

63 15

Xarici borc

$15 930 000 000 000 $631 800 000 000

Müdafiə üçün illik büdcə xərci

$612 500 000 000 $76 600 000 000

Qızıl-valyuta ehtiyatları

$150 200 000 000 $537 600 000 000

Heft hasilatı (gündəlik barrellə)

8 500 000 11 000 000

Neft istehlakı (gündəlik barrellə)

19 000 000 2 200 000