XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2015 - 06:50

Saakaşvili yenə inqilab liderləri hazırlayacaq

SAKASVILI.jpg

Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edilmiş Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə ABŞ-da da yeni iş veriblər. O Yeni Beynəlxaql Liderlik İnstitutunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. İllik əmək haqqı isə 198 min dollar təşkil edəcək. Bu barədə keçmiş prezident özünün Feysbuk sosial şəbəkəsindəki səhifəsində bildirib: “Maraqlananlar üçün bildirim ki, Odessa vilayətinə qubernator təyin olunmamışdan əvvəl mənim ABŞ-dan aldığım əmək haqqı ildə 200 min dollara qədər idi. Buna mühazirələr, çıxışlardan əldə olunan gəlirləri də əlavə olunmalıdır. Mən və dostlarım dövlət qulluğuna pul dalınca gəlmirik, cəmiyyətə xidmət hər zaman puldan əhəmiyyətlidir”,

Onun Feysbukdakı statusuna əlavə edilən arayışdan məlum olur ki, Saakşvili 1 may 2015-ci il tarixdən Yeni Beynəlxaql Liderlik İnstitutunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. İllik gəliri isə 198 min dollar təşkil edir.

Yeni Beynəlxaql Liderlik İnstitutunun saytında isə qeyd olunub ki, təşkilat yeni nəsil liderlərin yetişdirilməsi üçün yaradılıb. İldə ABŞ-da liderlik üzrə təlimlərlə cəlb olunması üçün bir neçə qrupun yığılması planlaşdırılır. Təlimçilərin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdən-Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarusiya, Moldovadan seçilməsi nəzərdə tutulur. İştirakçılara idarəetmədə, iqtisadiyyat və təhlükəsizlik sahəsində problemlərin yeni həlli yolları öyrədiləcək.

Strateq.az