XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 07:15

Qazaxıstanla Türkmənistan Xəzəri böldülər

xezer_denizi_2.jpg

Qazaxıstan parlementinin Senatı Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı Qazaxıstan və Türkmənistan arasında bağlanmış razılaşmanı ratifikasiya edib.

Razılaşma 2014-cü il dekabrın 2-də Aşqabadda imzalanmışdı. Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov bildirib ki, razılaşmanın imzalanmasında əsas məqsəd yataqların işlənməsi ilə bağlı suveren hüquqların reallaşdırılması üçün münbit şərait yaradılması məqsədilə Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı çizgilərin müəyyənləşdirilməsidir.

Onun sözlərinə görə, bölüçü xəttin başlanğıc nöqtəsi 2001-ci il 5 iyulda ölkələr arasında sərhədlərin demiltasiyası ilə bağlı müqaviləinin 1 saylı əlavəsində göstərilmiş 13 saylı nöqtə olacaq.

Bölücü xəttin sonu isə Xəzər dənizinin dibinin Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında bölən xəttin kəsişdiyi yer olacaq. Xəzər dənizinin dibinin Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında bölünməsi ilə bağlı isə ayrıca beynəlxalq müqavilə imzalanması nəzərdə tutulur.

Strateq.az