XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 12:22

Putin: “Rusiyanın suverenliyinin qarantı güclü ordudur”

putin ordu.jpg

“Güclü və müasir silahla təmin olunmuş ordu Rusiyanın ərazi bütövlüyünün və suverenliyinin qarantıdır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi məktəblərin məzunları ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Putinin sözlərinə görə, belə ordu milyonlarla vətəndaşın rahat və sülh şəraitində yaşamasının təmin edir. “Buna görə də biz silahlı qüvvələrin inkişafını davam etdirəcəyik. Son illərdə başlanmış və hərbi idarəetmənin effektiv sisteminin yaradılmasına yönəlmiş struktur dəyişikliklərini yekunlaşdıracağıq”

Rusiya prezidenti bildirib ki, vətəndaşlar ordudan terrorizm, eskremizm, cinayətkarıq və korrupsiyaya qarşı mübarizədə yeni nəticələr gözləyir.

“Rusiyanın təhlükəsizliyini təhdid edən xarici və daxili təhlükələrin neytrallaşdırmaq üçün ardıcıl olaraq irəli hərəkət etmək vacibdir”-deyə Putin vurğulayıb.