XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 12:53

Professor Cəmil Həsənlidən Rauf Arifoğluna yeni ittiham: “Guya, bu, Krımın dərdin çəkən olub”

cemil hesenli.jpg

Milli Şuranın sədri, professor, tarix elmləri doktoru Cəmil Həsənli “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu onun Krımın işğalı ilə bağlı fikirlərini təhrif etməkdə ittiham edib.

C. Həsənli özünün Feysbuk səhifəsində yazdığı statusda baş redaktoru Krımla bağlı ictimai fikri manipulyasiya etməkdə günahlandırıb. Cəmil Həsənlinin ittihamlarında Rauf Arifoğlunun ünvanına yönəlik bəzi təhqiramiz və aşağılayacı ifadələri çıxmaq şərtiylə, professorun statusunu oxuculara təqdim edirik:

“Guya, bu Krımın dərdin çəkən olub. Qarabağ avantürası lax çıxdıqdan sonra bu böhtan dağarcığı indi də Baxçasary bağlarına ümidini bağlayıb. Amma onun bu ümidini də puça çıxaracayıq. çünki yalan danışır. Bütün dünya Krım tatarları ilə bağlı həqiqətlər, onların Sovet istibdadından hansı zülmləri çəkdiklərin mənim əsərlərimdən oxuyurlar. (Bax: SSRİ-Türkiyə: Soyuq müharibənin sınaq meydanı, Bakı, 2005; «СССР – Турция. От нейтралитета к холодной войне 1939-1953» Джамиль Гасанли, Москва, 2008; Tarafsızlıktan soğuk savaşa Türk Soviet ilişkileri. Ankara, 2011; Stalin and the Turkish Crisis of the Cold War, 1945-1953. Lexington Books, Lanham, Boulder, New York, Toronto, Plymouth, UK, 2011, 2013), indi bu bilmir hansı hoqqabazlıqdan çıxsın. Hətta Rusiya Krımı işğal etdikdən sonra Amerikanın məşhur “Wikistrat” beynəlxalq təhlil mərkəzi məhz mənim bu işğal əleyhinə yazılmış təhlilimi verdi. Rusiyanın Krımı işğal etməsinə mənim münasibətim “Amerikanın səsi” radiosuna verdiyim video müsahibəmdə aydın əks edilib. Buyurub, baxa bilərsiniz (http://www.amerikaninsesi.org/flashembed.aspx…)

Krımın işğalı ilə bağlı 2014-cü ilin mart ayının 12-də “Turan” informasiya Agentliyi maraqlı bir müzakirə keçirdi. Həmin müzakirədə əsas məruzəçi olaraq aydın formada dedim ki, “hazırda cərəyan edən hadisələr fonunda Rusiyanı heç bir halda haqlı hesab etmək olmaz. Krımın sahibləri Krım tatarlarıdır və onlar da hazırda özlərini Ukraynanın tərkibində görürlər və biz bu seçimə hörmətə yanaşmalıyıq”. Eyni mövqeyi ötən ilin aprel ayının 11-də Meydan.tv-yə verdiyim geniş müsahibədə də təkrar etmişəm (http://www.meydan.tv/…/C%C9%99mil-H%C9%99s%C9%99nli-%E2%80%…)

Hadisə baş verəndən sonra ölkə mətbuatına və xarici media qurumlarına Krımla bağlı yüzdən artıq açıqlama vermişəm və hamısında da bu aksiyanı Moskvanın təcavüzü kimi şərh etmişəm. Rüstəm bəyə gəldikdə isə burada məsələ daha mürəkkəbdir. çünki Bakıda oturub “Krım Ukraynaya məxsusdur” deməklə, Moskvada oturub bunu demək fərqli şeylərdir. Bizim vətən şüvənçilərindən fərqli olaraq, Rüstəm Rusiyanın Krıma yönəlik işğalçılıq siyasətinə bilavasitə Moskvada, rus ziyalılarının kiçik bir dairəsi ilə birlikdə etiraz edib – bu etiraz onun üçün riskli olsa belə. Bir də yanvar hadisələri dövründə Parisdə Şarl Aznavuru açıq televiziya debatına çağıran, xarici jurnalistləri gizli yollarla Bakıya göndərən, Fransa senatının uydurma erməni soyqırımına etiraz əlaməti olaraq “Fəxri Legion” ordenindən imtina edən Rüstəm İbrahimbəyov idi. Rüstəm bəy yurdumuz erməni təcavüzünə məruz qalanda halalca qonorarı hesabına Naxçıvandan tutmuş digər döyüş bölgələrinə qədər portfel dolu pullarla dolanıb silah almağa öz yardımını təklif edəndə, indi Krımın vəkili rolunda çıxış edən bu Rauf cəbhə bölgəsində yerləşən Yuxarı öysüzlüdən gəlib Bakıda öy axtarırdı. Putin haqqında palaz-palaz mədhedici yazılar verən bu; “Putini dayandıracaq qətiyyətdə dünya lideri yoxdur” yazıb cəmiyyətin gözünü qorxudan bu; Azərbaycan hakimiyyətinin Rusiyaya söykənməsini təşviq edən (Bax: “Bakı-Moskva əməkdaşlığı İrəvanın yuxusunu qaçırıb”. “Yeni Müsavat”, 15 iyun, 2015) bu; həttə Putinin pələngini belə kino ulduzu kimi vəsf edən bu; “Putin İrəvanda soyqırım demədi” yazıb 24 apreldə onun soyqırımı abidəsinə bəraət qazandıran bu; indi bütün bunlardan sonra söz dəllalı olur “demokrat”, biz oluruq Rusiyapərəst?!”.