XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 06:20

Kreml bu dəfə də “erməni inqilabı”ndan əndişələnir – Təhlil

Dmitri Peskov: “Orada baş verənləri diqqətlə izləyirik”

Ermənistandakı son beş günün hadisələrini Tvitter-də #ElectricYerevan heşteqi üzrə izləmək olar, lakin dünya qəzetlərinin ilk səhifələrində görünmür.

Dünya 3 milyon əhalisi, Güney Qafqazın gözəl, lakin resursca yoxsul guşəsinə sığınmış ölkənin elektrik enerjisinin qiymətinin artmasına qarşı etirazlarına laqeyd qalır. Ermənistandakı nümayişləri həm Kiyev, həm də Moskva diqqətlə izləyir. çünki bu hadisələr Moskva ilə əvvəllər etibarlı münasibətdə və sakit görünən bu postsovet ölkəsində Rusiya hakimiyyətindən qeyri-adi narazılığı ifadə edir.

Hər şey ölkənin energetika monopoliyası “Ermənistan elektrik şəbəkələri” (EEŞ) şirkətinin elektrik enerjisinin tarifini 40,8% atırmaq xahişi ilə keçən ay hökumətə müraciət edəndən sonra başlandı. Şirkət şikayətlənirdi ki, Ermənistanın su elektrik stansiyaları az elektrik enerjisi hasil edir, ölkənin yeganə AES-dəki təmir işləri nəzərdə tutulduğundan çox çəkir ki, nəticədə “Elektrik şəbəkələri” 250 milyon dollar həcmində borca düşüb. ümumi daxili məhsulu cəmi 10 milyard dollar olan bir ölkə üçün çox böyük məbləğdir və nəticədə şirkət erməni banklarının etibarını itirib.

Hökumət məsrəflərin effektsiz xərclərdən törədiyini göstərməklə əvvəlcə müqavimət göstərdi. Elektrik enerjisinin qiymətinin təyin edilməsi üzrə ictimai komissiya müəyyən etdi ki, EEŞ tədarükçü və podratçılara artıq pul ödəyib (şirkət bu iddianı rədd edir). Bununla belə, komissiya guya enerjinin kəsilməsindən yayınmaq üçün iyunun 17-də güzəştə gedib tarifləri avqustdan etibarən 16, 1% yüksəltdi. Fəallar iki gündən sonra İrəvanın mərkəzində oturaq aksiya təşkil etdilər. Sonra etirzlar gücləndi. Polis nümayişçiləri dağıtmaq üçün çərşənbə axşamı suvuranları işə saldı və 250 nəfəri həbs etdi. 1000-ə yaxın nümayişçi bütün gecəni küçələrdə qaldı və etirazlar tək günü səhər təzələndi.

EEŞ tam şəkildə Rusiyanın iri “Интер РАО ЕЭС” elektrik şirkətinə məxsus olmasaydı (şirkətin direktorlar şurasının sədri Putinin yaxın dostu və dövlət neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçindir), bütün bu hadisələr Ermənistanın hüdudlarından kənarda önəmə malik olmazdı. Buna görə də, guya, korrupsiyalaşmış şirkət rəhbərliyinə qarşı etirazlar üzdə deyilməsə də, antimoskva xarakterlidir.

Kremldə bunu yaxşı dərk edirlər. Putinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı bildirdi: “Ermənistan bizim ən yaxşın tərəfdaşımızdır. Bizi Ermənistanla və erməni xalqı ilə tarixi əlaqələr birləşdirir. Əlbəttə, biz orada baş verənləri diqqətlə izləyirik”.

Bunlar bayağı sözlər idi, lakin Ermənistanda ildırım kimi çaxdı.

Şərhçi Musa Mikaelyan 1in.am xəbərlər saytında yazdı: “Rusiya prezidentinin mətbuat katibinin İrəvandakı hadisələri şərh etməsi faktı ondan xəbər verir ki, Rusiya ya İrəvanda baş verən hadisələrdə iştirak edir, ya da çox təşvişə düşüb və ona qatışmağa çalışır. çünki hadislər nəzarətdən çıxarsa, işə qatışmağa hazır olduğunu nümayiş etdirir”.

Moskva ona görə narahatdır ki, Ukrayna üsyanı da eyni cür başlandı: sakitcə deyinmə, xırda mitinqlər və xorla oxunan nəğmələrdən. Polis ifrat qüvvə tətbiq edərkən etiraz qüvvəsi o qədər şiddətləndi ki, iki ay keçməmiş Kiyevin mərkəzi artıq dağılırdı, prezident Yanukoviç isə tezliklə Rusiyaya qaçdı. öz ölkələrinin üzərində Rusiyanın hakimiyyətini sarsıtmaqla fəxr edən ukraynalıların əksəriyyəti bunun İrəvanda da təkrar olunmasını istəyərdi.

Ukraynanın ən məşhur saytlarından iri olan Liga.net İrəvandakı etiraz aksiyalarını yeni “Maydan” kimi təsvir edir. Ukraynanın daxili işlər naziri, milliyyətcə erməni Arsen Avakyan Facebook-da ukraynalıların mübarizə romantkasını xatırladıb irəvanlı nümayişçiləri ruhlandırdı: “Mənim əziz Ermənistanım! Döyüldüyümüz və dağıdıldığımız, Təhkimçi döngəsindəki barrikadalarmızı alt-üst etdikləri günlər var idi. Sanki, ümidlərimizi əzişdirirdilər. Lakin ukraynalıların azadlıq iradəsi üstün gəldi”.

Kiyevdən bu dəstək Moskvadakı müttəfiqlərə bildirir ki, İrəvanda baş verənlər, sadəcə, iqtisadi etiraz deyil. Rusiyalı politloq Sergey Markov Facebook-da yazıb: “Mən əminəm ki, orada Ukraynadan çoxlu yaraqlılar və Kiyevdə Maydanı idarə edən siyasi operatorların koordinasiya mərkəzi var. Heç bir şübhə yoxdur ki, bu, İrəvanda özbaşına başlamış xalq etirazı deyil. Bütün bunlar texnologiyanın işidir, məqəsəd qan tökülməsini qızışdırmaqdır”.

Markovun fikrincə, İrəvandakı iğtişaşlar Ermənistanın 2013-cü ildə Avropa Birliyi ilə ticarət və assosiativlik sazişindən imtina edib əvəzində Putinin Avrasiya Birliyinə girmək qərarına Qərbin siyasi güruhunun uğursuz reaksiyasıdır. Lakin bu, o demək deyil ki, Ermənistan prezidenti Serj Sərkisyanın bu məsələdə böyük seçimi var idi: energetik qarmaqdan başqa bu balaca ölkənin ikinci böyük şəhəri Gümrüdə Rusiyanın hərbi bazası da var. Ortada isə beş min əsgər qonşu Azərbaycana xəbərdaqlıq kimi hərbi xidmətdədir ki, Dağlıq Qarabağda hərbi əməliyyatatın təzələnməsi son dərəcə pis niyyət ola bilər.

Rusiya bu dondurulmuş münaqişənin hər iki tərəfində 1990-cı illərdən oyun oynayır, sonralar isə Ermənistanla Azərbaycanı Avrasiya Birliyinə sürüməkdən ötrü rıçaq kimi istifadə edir. Hər iki ölkə AB-nin “Şərq tərəfdaşlığı” proqramına daxil olsa da, Moskva bu amorf qurumun daha mənalı bir şeyə çevrilməsinə imkan verməmək üçün tam qətiyyətlə doludur.

Bu bölgədəki tarazlıq Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması anındakından daha kövrəkdir. Məhz buna görə həm Ermənistanda, həm də sayca ölkə əhalisini xeyli üstələyən erməni diasporunda antimoskva əhvalı çox zəifdir. Kaliforniyanın System of a Down qrupunun “Qremmi” mükafatına namizəd göstərilmiş üzvü Serj Tankyan Facebook-da “elektrik nümayişləri”ndən yazıb, lakin etirazçılara bütün rəğbətinə və “əcnəbilərin yiyələndiyi monopolist enerji şirkətini Ermənistanın milliləşdirməsi” arzusuna baxmayaraq, ciddi-cəhdlə antiputin ifadələrdən yayınıb.

Buna görə də “elektrikli İrəvan” hələlik heç cür inqilab deyil və güman ki, inqilaba çevrilməyəcək də. Həm də bu, Putinin paranoidal rejiminə silah cingildətmək üçün daha bir bəhanə verir.

Keçmiş imperiyanın ərazisinə təsir göstərməkdə olan şirkətin daxilindəki korrupsiya ilə mübarizə aparmaq daha yaxşı olardı. Lakin Moskva bunu etmək gücündə deyil, çünki korrupsiya onun əsas ixracat mallarından biridir. O, tez-tez xalq narazılığı kimi üzə çıxan və guy
a ki, beynəlxalq sui-qəsdin əlaməti kimi görünən simptomlarla mübarizə apara bilir.

Leonid Berşidski

“Bloomberg” (ABŞ), 25.06.2015