XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 17:44

Roma Papası İstanbulteraktını pislədi

Roma Papasi

Roma Papası Fransisk İstanbul hava limanında baş vermiş terror aktını pisləyib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, Papa deyib: "Ötən axşam İstanbulda insanlığa sığmayan terror hadisəsi baş verib ki, nəticədə çox sayda ölən və yaralanalar var. Hadisə qurbanlarına rəhmət diləyib, onların ailə üzvləri və türk xalqı üçün dua edək".

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var.

İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.