XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 21:15

Avropa bunları Şərqdən öyrəndi – İlk müsəlman kəşfləri

Kamera

Dünyada ilk dəfə işığın göz içinə daxil olaraq qırılması nəticəsində gördüyünü kəşf edən X əsrdə yaşamış müsəlman alim ibn Heysəm olub. Divardakı dəlikdən gələn işığın çöldəki görüntünün qarşı divara tərs vəziyyətdə əks etdirdiyini icad edən riyaziyyatçı alim ibn Heysəmin kəşf etdiyi “camera obscura” (“qaranlıq otaq”) bugünkü kameraların atası sayılır.

Şahmat

Şərqdə min illərlə yaşı olan şahmat oyunu Avropaya Əməvilər dönəmində məlum olub. İlk dəfə ispaniyalılar bu oyunla tanış oldular.

Təyyarə

Qaynaqlar əndəlüslü Qasım ibn Firnasın nəhəng quş qanadlarına bənzər bir qurğu düzəltdiyini və onun vasitəsilə uçduğunu yazır. Havada quş kimi bir qədər süzəndən sonra yerə enməyi bacaran ibn Firnasın bu uğuru Qərbdə ilk təyyarənin icad edilməsindən 1000 il öncəyə təsadüf edir.

Sabun

Səlib yürüşlərində xristian əsgərlərdən çox pis qoxu gəlməsi müsəlmanları təəccübləndirmişdi. Onların çox gec-gec yuyunduğu və sabunun varlığından xəbərsiz olduqları bəlli olmuşdu. Sabun Avropaya ilk dəfə İngiltərə vasitəsilə 1759-cu ildə bəlli olduğu halda, ondan hələ qədim Misirdə istifadə edilirmiş.

Kimya

Kimya termini ilə qərblilər ilk dəfə 12-ci yüzillikdə Cabir ibn Həyyanın əsərlərini latın dilinə tərcümə edərkən tanış olublar.

Mexaniki cihaz

Mexaniki cihazların təməli İslam alimi Əl Ciziri tərəfindən qoyulub. İlk robotun da məhz Əl Ciziri tərəfindən yaradıldığı və bu robotun Leonardo da Vinçi üçün ilham qaynağı olduğu deyilir.

Kofe

“Kofe” sözü qəhvə ağacının yetişdiyi Həbəşistanın Kaffa ərazisinin adından götürülüb. Ərəblərin “qahvah” dediyi bu içki, ilk zamanlarda kefləndirən içki mənasında işlənirdi. Kofe ilk dəfə İngiltərəyə 17-ci yüzillikdə türk olan Paşa Rıza (Rasqua Rose) tərəfindən aparılmış və oradan Avropaya yayılmışdı.

Qübbə

Qübbə və kəmər şəklində tikililər ilk dəfə Şərqdə meydana gəldi. Sonralar Avropada bu üsuldan təsirlənərək bir çox tikililər inşa etdilər. Bu üsullar Avropaya İslam memarları tərəfindən aparıldı. İngiltərə kralı V Henrinin saray memarı da müsəlman idi.

Cərrahiyyə

Cərrahiyyədə istifadə olunan alətlər ilk dəfə Əməvilər dönəmində Əl Zəhravi tərəfindən yaradılmışdı. Əməliyyat olunan orqan üzərindəki dərinin bir müddət sonra yox olan vasitələrlə tikilməsi də ilk dəfə Əl Zəhravi tərəfindən icad edilmişdi. O, bu cür vasitəni heyvan bağırsaqlarından düzəldirdi. Onun işlətdiyi cərrahiyyə vasitələrindən bəziləri bu gün də tibbdə işlənməkdədir.

Yel dəyirmanı

Erkən orta yüzilliklərdə Şərqdə yel dəyirmanlarından istifadə olunurdu. çində tarlaların suvarılmasında da yel dəyirmanlarından istifadə olunduğu məlumdur. Yel dəyirmanları Avropada yüz illər sonra – 12-ci əsrdə görünməyə başladı.

Peyvənd

Tibbdə istifadə olunan peyvənd də ilk dəfə Şərqdə meydana gəldi. Osmanlıda İngiltərənin elçisi olan Montaqu eyni üsulu öz ölkəsində tətbiq etmək üçün təklif versə də, həm kilsə, həm də elm adamları tərəfindən bu təklif qəbul edilmədi.

Cəbr

Cəbr sözünü elmə 9-cu yüzillikdə yaşamış Əbu Abdullah Məhəmməd Xarəzmi gətirib. O, eyni zamanda dünyada cəbr haqqında ayrıca kitab yazan ilk alimdir.

Günəş ili

Günəş ilini ilk dəfə 9-cu yüzillikdə yaşamış məşhur alim Battani ölçmüşdü. Onun hesablamasına görə, Günəş ili 365 gün, 5 saat, 46 dəqiqə, 24 saniyə olmuşdu. Avropa alimləri, özəlliklə də Kopernik üzərində Battaninin latıncaya çevrilmiş əsərlərinin böyük təsiri olmuşdur. Onun bəzi formulları bu gün də triqonometriyada istifadə olunmaqdadır.

Amerikanın varlığı

Amerikanın və Yaponiyanın varlığı haqqında ilk yazan alim Biruni idi. O, Xristofor Kolumbdan 500 il öncə Amerikanın varlığını bildirmişdi. Biruni coğrafiya, astronomiya, geologiya, tibb, fəlsəfə və digər sahələrdə əsərlər yazmışdır…

Strateq.az