XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 18:42

Yerevanda elektrik qiyamı: Koçaryan Sərksiyana niyə müharibə elan etdi? –TƏHLİL

Ermənistanda bu gün baş verən hadisələrin arxa fonunda hakimiyyət uğrunda mübarizənin gizləndiyini də idda etmək olar.

ötən ildən etibarən, prezident Serj Sərkisyan konstitusiya islahatları ilə bağlı təklifi ilə ölkəni prezident idarə üsulundan parlament sisteminə keçirməyin zərurliyini ortaya qoydu. Analitiklərin fikrincə, məhz bu təklif Yerevanda siyasi kuluarlarda hakimiyyətə qarşı mübarizəni şərtləndirib. Məsələn, Karnegi Fondunun analitikləri qeyd edirlər ki, Sərksiyan bu addımla 90-cı illərdən başlayaraq ölkənin “tandem modeli” ilə idarə olunmasını dağıtmağa qərar verib.

Digər ekspertlər də siyasi böhranın yaranmasının Koçaryanın maraqlarına uyğun olduğunu qeyd edirlər.

Tandemin ikinci hissəsi

Serj Sərksiyan Konstitusiyanı dəyişdirmək barədə təklifini ilk dəfə 2014-cü ilin yazında səsləndirdi. Onun arqumentləri belə idi: Yalnız parlament idarə sistemi əsl demokratiyaya qarant verir və bu üsul-idarə müasir dünyada ən uğurlu modeldir. İslahat əleyhdarları buna etiraz edərək vurğuladılar ki, belə addım ancaq zəruri hallarda və ictimai konsensus əsasında atıla bilər. Onların fikrincə, Ermənistanda belə bir zərurət, hələ ki, yoxdur və iqtidarın demokratiya təəssübkeşliyi qrup və konyuktur maraqlardan qaynaqlanır.

Hər iki cinahın söz davası 2014-cü ilin payızına qədər davam etdi. Prezident yanında yaradılmış Konstitusiya islahatları ilə bağlı xüsusi Komissiya, nəhayət ki, islahatlar konsepsiyasını açıqladıqdan sonra hadisələrin gedişi sürətlənməyə başladı (Onu da xüsusi vurğulayaq ki, bu islahatlar paketi Avropa Şurasının Venetsiya Komissiyasının ekspert qrupu tərəfindən müsbət rəy alıb).

İlk olaraq bu təklifi parlamentdə ən böyük fraksiyası olan “çiçəklənən Ermənistan” Partiyası ciddi tənqid etməyə başladı. Bu partiya həmişə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın yaratdığı siyasi qurum sayılırdı. Köçəryan hakim Respublika Partiyasını öz varisi Sərkisyanın idarəçiliyinə verdikdən sonra, siyasi müstəvidə özünün payını saxlamaq üçün “çiçəklənən Ermənistan” partiyasını yaratdı. Bu partiya postsovet ölçülərinə uyğun olaraq formalaşdı: Koçaryan onunla sıx əlaqəsi olan bir neçə böyük biznesmeni bu partiyanın rəhbərliyinə gətirdi, lider isə tanınmış iş adamı Qagik Sarukanyan oldu. Yeni partiyanın intellektual və ideoloji əsasını isə eks-xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi altında siyasi texnoloqlar qrupu təşkil etməli idi. Kifayət qədər maliyyə və təşkilatı resurslara malik “çiçəklənən Ermənistan” partiyası 2012-ci ildə keçirlən parlament seçkiləri zamanı böyük kampaniya apararaq uğurla parlamentə düşə bildi. Partiya deputatların sayına görə, Ermənistan parlamentində ikinci ən böyük fraksiyanı yaradaraq bir neçə nazir portfelini, qubernator kreslosunu, şəhər meri təyinatını ala bildi. Bunlardan biri də Ermənistanda öz böyüklüyünə görə ikinci şəhər olan Gümrü idi.

“çiçəklənən” qiyam

Bütün bu potensial ötən ilin oktyabrından başlayaraq, prezident Sərksiyanın konstitusiya islahatlarının əleyihinə işləməyə başladı. Bu məsələdə “çiçəklənən Ermənistan”nı digər iki parlament partiyası- eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Raffi Ovanesyanın lideri olduğu “İrs” partiyası dəstəkləyirdi.

Müxalifət hərəkatının belə güclənməsi, görünür, hakimiyyəti ciddi narahat etməyə başladı və Sərksiyan cavab tədbirləri görməyə başladı. Bu ilin fevral ayında Sərkisyan Respublika Partiyasının İcraiyyə Komitəsində çıxışı zamanı Sarukanyana və onun yaxın ətrafına qarşı maliyyə cinayətləri ilə bağlı ittihamlar səsləndirdi. Bütün dövlət təbliğat maşını oliqarxın bioqrafiyasının qaranlıq yerlərini işıqlandırmağa girişdi.

Sarukanyanın partiya və biznes üzrə tərəfdaşları üçün bu, gözlənilməz oldu: onlar “çiçəklənən Ermənistan” partiyasındakı siyasi fəaliyyətlərinə yalnız öz kommersiya fəaliyyətlərinə qarant kimi baxırdılar. S.Sərksiyanın çıxışından sonra vəziyyətin dəyişdiyini görən kimi, onlar tez-tələsik partiya sıralarından qaçmağa üz qoydular. Bir neçə günün içində parlament fraksiyasının sayı yarıdan çoxunu itirdi. Vəzifə tutan partiya üzvləri isə “çiçəklənən Ermənistan” partiyasından çıxdıqlarını bəyan etdilər.

Bir neçə gün sonra isə Qagik Sarukanyan partiya sədriliyindən istefa verdiyini və siyasi fəaliyyətini dayandırdığını bəyan etdi. Sarukanyan bunadan sonra yalnız bizneslə və rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin işi ilə məşğul olacağını bildirdi.

Belə iflas gözlənilən idi. Amma “çiçəklənən Ermənistan” Partiyasının konstitusiya islahatlarının əleyhinə getməsinin səbəbi nə idi? Nə üçün Sərkiyan bu demarşı belə amansızlıqa yatırdı?

Rotasiyanın sonu

Məlum olduğu kimi, belə riskli qərar “çiçəklənən Ermənistan” partiyasının daxilində verilməmişdi. Onsuz da Konstitusiya islahatları Qagik Sarukanyanın və onun partiya yoldaşlarının maraqlarına ciddi zərbə vurmayacaqdı. Buna görə risqə gedib biznes maraqlarını təhlükəyə atmaq yersiz olardı.

Amma görünür, bu islahat “çiçəklənən Ermənistan” partiyasının real rəhbəri, eks-prezident Robert Koçaryanın maraqlarına və gələcək perspektivinə elə ciddi əngəl olub ki, Koçaryan döyüşə özünün əsas siyasi resursunu çıxartmalı olub. Ona görə də konstitusiya islahatları ətrafında qarşıdurmalara Köçəryan-Sərkisyan qarşıdurması kimi baxmaq daha məntiqli olar.

Uzun illər ərzində bu iki şəxs çox gözəl şəkildə əməkdaşlıq edə biliblər. Koçaryan-Sərksiyan uğurlu tandemi onlara Dağlıq Qarabağda mühüm postları tutmağa, oradan da Ermənistana gələrək yüksək dövlət vəzifələrini ələ keçirməyə imkan verib. Bu tandemin əsas məqsədi isə bütün siyasi məkanı tutaraq oranı bölüşdürmək olub: Xarici-siyasi əlaqələri öz aralarında bölmək, hakimiyyət və müxalifət düşərgəsi də daxil olmaqla daxili siyasətin bütün spektrlərinə nəzarət etmək… Bu, rotasiya prinsipi ilə edilirdi. Bu rotasiya isə, ilk növbədə, prezident postunda növbə ilə oturmağı ehtiva edirdi. Hərçənd, bu rotasiya digər sahələrdə də kara gəlirdi. Məsələn, tandemin fəaliyyətdə olan prezidenti xarici siyasətdə ehtiyatlı qərbyönümlü siyasətçi rolunu oynayırdısa, həmin tandemin “müxalifətdə” olan digəri “birmənalı rusyönümlü” siyasətçi obrazında parlamalı idi. Belə bir halda tandem, dünyada nə baş verməsindən asılı olmayaraq, müstəqil qala bilirdi.

İndi, 20 il ciddi fəsadlar olmadan işləyən bu sistem onun yaradıcıları tərəfindən köklü şəkildə dağıdılıb. Görünür, Koçaryan hansısa məqamda Sərkiyanın “konvensiyanı pozduğunu” hesab edib. Bu “pozuntu” isə prezident postu ilə bağlıdır. Razılığa görə, tandem Konstitusiyaya uyğun olaraq, iki müddətini başa vurmalı, bundan sonra öz növbəsini tandemin digər şəxsinə
verməli idi. Bu dairə tandemdə bir nəfərin ölməsinə qədər davam etməli idi. Parlament sistemi isə Sərkisyana özünün fərdi hakimiyyətini sona qədər saxlamağa imkan verir. O, seçkilərdə qalib gəlmiş partiyanın rəhbəri olaraq baş nazir postuna oturmaqla dəyişilməz lider kimi idarəetmə olimpində otura bilər.

Bu situasiya isə Koçaryanın planına daxil deyildi və indi keçmiş müttəfiqi real davaya qərar verib.

Enerji tariflərinin qaldırılmasına qarşı kütləvi etirazlar Koçaryan üçün göydəndüşmə fürsət olub. Hələ ki, onun bu aksiyalarda əli olması aşkar bilinməsə də, hadisələrin gedişini izlədiyi aydın məsələdir. Onun Yerevandakı ofisinin 2 gün əvvəl aksiyalarla bəyanatı bəzi məqamları aydınlaşdırır. Koçaryanın “vəziyyəti dərinləşdirməmək üçün susması” və Moskvada olması barədə açıqlama eks-prezidentin hadisələrdən maksimum faydalanması istəyini nümayiş etdirir.

Koçaryan Yerevandakı aksiyaların arxasından Sərksiyana və xarici qüvvələrə sqinal verərək göstərir ki, ictimai konsesnsus üçün “oyun qaydalarına” riayət etmək vacibdir…

Xaqani SƏFƏROĞLU

Strateq.az