XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 07:53

Asiya İnfrastruktur İnvestisiya Bankı yarandı – Beynəlxalq Valyuta Fonduna alternativ olacaq

Asiya_Banki_3.jpg

çinin paytaxtı Pekindəki Xalq Yığıncağı Evində, 57 ölkənin nümayəndələri arasında Asiya İnfrastruktur İnvestisiya Bankının yaradılması haqqında sazişin imzalanma mərasimi keçirilib. Fins.az-ın rus mətbuatına istinadən məlumatına görə, bankda 3 ölkə – Rusiya, çin və Hindistan səslərin böyük hissəsinə sahib olub.

Belə ki, çin ümumi səslərin 20,06%-nə, Hindistan 7,5%-nə, Rusiya 5,92%-nə malikdir. İmzalanma mərasimində çinin sədri Si Tzinpin və iştirakçı ölkələrin maliyyə nazirləri iştirak edib. Azərbaycan tərəfdən sazişi hazırda çində səfərdə olan nazir Samir Şərifov imzalayıb.

Asiya İnfrastruktur İnvestisiya Bankı çinin təşəbbüsü ilə 2014-ci ildə yaradılıb. Həmin ilin oktyabrında 21 ölkə onun əsasında saziş imzalayıb. Bankın nizamnamə kapitalı 100 milyard dollar təşkil edəcək.

Ekspertlər qeyd edirlər ki, bu addımın atılması Pekinin çox böyük uğuru kimi qiymətləndirilməlidir. çin çoxdan bəri qlobal maliyyə bazarında Qərb ölkələrinin, xüsusən ABŞ-ın dominatlığını zəiflətməyə can atırdı. Artıq bu istiqamətdə ilkin addım atıldı. Digər tərəfdən bu sahədə Hindistanın da, Rusiya və çinlə bir səfdə yer alması diqqətçəkən məqamlardandır.

Ekspertlər, həmçinin Asiya İnfrastruktur İnvestisiya Bankının Beynəlxalq Valyuta Fonduna alternativ olacağını da xüsusi qeyd edirlər.

Strateq.az