Kənd təsərrüfatı nazirli Heydər Əsədov bir neçə müəssisənin direktoru ilə bağlı prokurorluğa müraciət edib.
Strateq.az-a nazrlikdən daxil olan məllumata görə, nazirin müvafiq əmrlərinə əsasən, “Aqrolizinq” ASC-nin Masallı və Salyan rayon filialları ilə yanaşı, Abşeron rayon “Güzdək Qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanıllıb:
“Audit yoxlaması zamanı hər üç qurumda bir sıra nöqsan və çatışmamazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb”.
Strateq.az