XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 06:15

Məmurların qəbulunda mühüm yenilik

dovlet_qulluqu.jpg

“Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna “Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilib və bu xidmət tam şəkildə elektronlaşdırılaraq istifadəyə verilib.

Hazırda 22 e-xidmət elektronlaşdırılıb, tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcək.

Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin “Milli Şəffaflıq Sisteminin qiymətləndirməsi layihəsi” çərçivəsində “Elektron Xidmətlər və Elektron Hökumət sahəsində görülən işlər və problemlər” ilə bağlı son 6 ayı əhatə edən tərəqqi hesabatının təqdimatında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Dövlət reyestri şöbəsinin müdiri İlqar Abdullayev məlumat verib.

O həmçinin qeyd edib ki, hazırda data.gov.az portalı vasitəsilə müxtəlif dövlət qurumları üzrə 21 adda məlumat bazaları açıq edilib.

Şöbə müdiri portaldakı e-xidmətlərdən istifadə sayının artdığını da vurğulayıb: “1 iyun 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 1,9 milyon nəfərə çatıb və onlar 11,6 milyon dəfə e-xidmətlərdən istifadə ediblər”.

Strateq.az